İsrailin Azərbaycandakı səfirinin köməkçisi cənab Rom hesab edir ki, Bakı Şopinq Festivalının böyük potensialı var

İndoneziyanın Azərbaycandakı səfiri: “Bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri [...]
May 10, 2017
Türkiyəli nazir Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb
May 10, 2017

İsrailin Azərbaycandakı səfirinin köməkçisi Amir Rom hesab edir ki, Bakı Şopinq Festivalını ənənəvi və uğurlu tədbirə çevirmək üçün yaxşı potensial var.

bakushopfest.com saytına müsahibəsində diplomat qeyd edib ki, buna Festival təşkilatçıları tərəfindən xüsusi endirim və nadir kommersiya təklifləri sayəsində nail olmaq mümkündür.

“Azərbaycan hakimiyyətinin yeni təklifləri, ilk növbədə ekektron viza və TAX-Free sisteminin tətbiqi isə iqtisadiyyatın diversifikasiyası və tərəqqisi istiqamətində çox pozitiv addımdır. Bununla Azərbaycan zəngin mədəni və tarixi turizm məkanları, əsrarəngiz təbiət, mükəmməl təamlar və restoranlar, həmçinin alış-veriş üçün cəlbedici imkanların birləşdiyi bir brendə çevrilə bilər. Ümid edirəm ki, biz İsraildən də bütün bu imkanlardan yararlanacaq turistlərin sayının artmasının şahidi olacağıq”, – deyə səfirin müavini bildirib.