Amerikalı jurnalist: “Bakı Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır”

Leyla Əliyeva: Baki Şopinq Festivalı çox gözəl keçir
May 7, 2017
İndoneziyanın Azərbaycandakı səfiri: “Bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri [...]
May 10, 2017

“Bakı Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır”. Ölkəmizdə səfərdə olan və Azərbaycan haqqında təəssüratlarını İsrail və ABŞ mətbuatında bölüşən amerikalı jurnalist Nurit Greenger bakushopfest.com saytına açıqlamasında belə deyib.

Onun sözlərinə görə, belə festivallar adətən alıcılar üçün maraqlı təkliflər sayəsində uğurlu olur. Bakıda olduğu müddətdə şəhərimizi gəzmək imkanı qazandığını deyən xanım Greenger hesab edir ki, Bakı Şopinq Festivalında dünya brendləri ilə yanaşı, əl işləri, xüsusilə, xalçalar, musiqi alətləri, eləcə də suvenirlərin də təqdim olunması başlanğıc üçün yaxşı ideyadır. “Şopinqə qeyri-adi yanaşma onun uğurlu keçməsi üçün yaxşı seçimdir”, – deyə Greenger bildirib.