İndoneziyanın Azərbaycandakı səfiri: “Bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri dəstəkləyirəm!”

Amerikalı jurnalist: “Bakı Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır”
May 9, 2017
İsrailin Azərbaycandakı səfirinin köməkçisi cənab Rom hesab edir ki, Bakı Şopinq Festivalının [...]
May 10, 2017

“Mən, Bakı Şopinq Festivalının keçirilməsi yolu ilə Xəzər Dənizinin mirvarisi olan bu paytaxt şəhərin cəlbediciliyini artırmaq üçün Azərbaycan Hökumətinin təşəbbüsünü yüksək qiymətləndirirəm. Bakının öz gözəlliyi var, beləki, mən daim Bakıdakı qeyri-ənənəvi müasir memarlıqla qədimliyin uyğunlaşdırılmasını sevirəm, bu şəhərin həmişə mənim qəlbimdə öz yeri vardır” – bunu www.bakushopfest.com saytına müsahibəsində İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.

“Şübhəsiz, alış-veriş şənliyinin həyəcanı ilə əhatələnməklə yanaşı, Bakının gözəlliyini duymaq üçün mənim ölkəm, İndoneziyadan və bütün dünyadan daha çox turisti cəlb edən bu tədbiri dəstəkləyirəm. Ümid edirəm ki, bu tədbir hər bir istiqamətdə Bakı və onun əhalisinə daha müsbət atmosfer bəxş edəcəkdir, həmçinin, insanlar burada dünya əhalisinin bir hissəsi olaraq birlik yarada biləcəklər”, cənab səfir əlavə edib.