İSESKO-nun baş direktoru: «Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ən yaxşı nazirlikdir»

Tələsin, 5 gün qalıb!
May 5, 2017
İştvan İygyarto : “Bakı Şopinq Festivalı turizmin inkişafı üçün çox vacibdir”
May 6, 2017

İSESKO-nun baş Direktoru Əbdüləziz Osman Əl-Tüveyçri aprelin 10-dan mayin 10-nadək davam edəcək Bakı Şopinq Festivalını “çox ciddi layihə” adlandırırb.

www.bakushopfest.com saytına açıqlamasında Tüveyçri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir. “Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.

İSESKO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin mədəniyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. “Nazir Əbülfəs Qarayev öz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESKO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir”.