Türkiyəli nazir Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb

İsrailin Azərbaycandakı səfirinin köməkçisi cənab Rom hesab edir ki, Bakı Şopinq Festivalının [...]
May 10, 2017
İlk Bakı Şopinq Festivalı uğurla başa çatdı
May 11, 2017

Türkiyənin Mədəniyyət və turizm naziri, professor cənab Nəbi Avcı Azərbaycanda ilk dəfə keçirilən Bakı Şopinq Festivalı haqqında fikirlərini bölüşüb. O, bakushopfest.com saytına açıqlamasında bildirib ki, bu möhtəşəm festival qarşıya qoyulan məqsədə nail olub. “Bakı Şopinq Festivalı həm ölkəyə turist axını, həm də insanların alış-verişə marağının artması, ticarət mərkəzlərində canlanmanın yaranması ilə dövlət büdcəsinə xeyli gəlir gətirən layihədir”, – deyə türkiyəli nazir bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil olunan ilk Bakı Şopinq Festivalı 10 aprel-10 may tarixlərində keçirilib. Festivalın daha maraqlı və cəlbedici olması üçün 1 ay müddətində ölkənin ən iri ticarət mərkəzlərində endirimlər təklif olunub, müxtəlif əyləncə və konsert proqramlarının, suvenir və hədiyyə mağazalarının fəaliyyətinin təşkili həyata keçirilib.

Bakı Şopinq Festivalında alış-verişi fərqli edən daha bir xüsusiyyət mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) təkcə əcnəbilərə deyil, Azərbaycan vətəndaşlarına da geri qaytarılmasıdır.

Festival haqqında bütün məlumatları rəsmi internet saytı olan www.bakushopfest.com saytından əldə etmək mümkündür. İkinci Bakı Şopinq Festivalı oktyabr ayında baş tutacaq.