Məşhur “Polo”, “Cacharel”, “New Balance”, “Hummel”, “BYTShoes” və “Monica Ricci” brendləri Bakı Şopinq Festivalında!

“Mudo Concept” Bakı Şopinq Festivalı çərçivəsində 50 % dəyərində endirim təklif edir
October 16, 2017
“NEPTUN” BAKI ŞOPİNQ FESTİVALINA QATILAN İLK SUPERMARKET OLDU!
October 16, 2017

Azərbaycanda uğurla fəaliyyət göstərən “Polo”,  “Cacharel”,  “BYTShoes” və  “Monica Ricci” mağazaları Baku Şopinq Festivalına qoşulublar. 10 ildən artıqdır ki, ölkəmizdə MZ Group şirkəti tərkibində fəaliyyət bu mağazalar festival boyu alıcılara xüsusi edirimlər təklif edirlər.

Beləliklə, festival zamanı alıcılar Park Bulvarda və Metroparkda yerləşən, Amerika brendi olan “Polo” mağazalarında idman stilində uşaq, qadın, kişi geyim və aksesuarları, ayaqqabı və s. məhsulları 30 %-dək endirimlə əldə edə bilərlər. İdman stilini xoşlayanlar həmçinin, Danimarkanın məşhur “Hummel” brendinin Bakıdakı mağazasından (Park Bulvarda fəaliyyət göstərir) 30 %-dək endirim əldə edəcəklər.

Klassik geyim sevənlər isə Park Bulvara gələrək burada yerləşən məşhur Fransa brendi “Cacharel” mağazasından yaraşığın, modern və zərif geyinmə tərzinin bir rəmzi olan klassik kişi geyimlərini 30 %-dək endirimlə əldə edə bilərlər.  Klassik geyim sevən xanımlar isə MZ GROUP-un İtaliyada dizayn edilən Türkiyə brendi “Monica Ricci” mağazasında (Park Bulvarda yerləşir) 30%-dək endirim əldə edərək zərif və incəliyi birləşdirərək qüsursuz bir harmonyanı özündə əks etdirən geyimləri ala bilərlər.

Ayaqqabı almaq istəyənləri Amerikanın öndə gedən ayaqqabı istehsalçılarından biri olan və Bakıda, Park Bulvarda fəaliyyət göstərən “New Balance”  mağazasından  30 %-dək endirimlər, eləcə də cəmiyyətin istənilən təbəqəsinin hər yaş qrupuna və zövqünə cavab verən Türkiyənin gənc ayaqqabı və aksesuar markası  “BYTshoes” mağazasında (Park Bulvarda və Metroparkda) 30%-dək endirimlər gözləyir.

Bu və üzərində Bakı Şopinq Festivalının Tax-Free nişanı olan digər mağazalarda festival boyu aldığınız malların əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri ala biləcəksiniz.

Qeyd edək ki, MZ Group şirkətinin “Hummel” və  “Newbalance” mağazaları da Bakı Şopinq Festivalında iştirak etsə də ƏDV qaytarılmasında iştirak etmir. Alıcılar bu mağazalarda  Festivala özəl endirimlərdən yararlana bilər.

Endirimlər və ƏDV-ni geri almaq imkanı yalnız Bakı Şopinq Festivalı zamanı mümkün olacaq və noyabrın 15-də bitəcək.

Festivala qoşulan mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com saytında tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyunca iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin!