Alişa Çinai : “Şopinq Festival Bakını dünyaya yeni imicdə təqdim edir”

“Patchi”nin Festival hədiyyələri ilə ağzınız daha şirin olsun!
Noyabr 13, 2017
Rəşad İlyasov: “Şopinq Festivallarının keçirilməsi ənənəyə çevirilməlidir”
Noyabr 14, 2017

Şopinq Festivallar adətən nüfuzlu, inkişaf etmiş ölkələrdə təşkil edilir. Azərbaycanın paytaxtı Bakıda da Şopinq Festivalın keçirilməsi müsbət haldır”. Hindistanın “madonnası”, məşhur “Made in İndia” mahnısının ifaçısı, Bakıda keçirilən “Hind gecəsi” musiqi festivalının qonağı Aliça Çinai bakushopfest.com saytına açıqlamasında belə deyib.

Müğənni bildirib ki, dünya brendlərinə hər zaman maraq var və təcrübə göstərir ki, şopinq festival çərçivəsində bu maraq daha da artır. “Düşünürəm ki, şopinq festival həm də Bakının dünyaya yeni imicdə təqdim edilməsi baxımından əhəmiyyətlidir”.

Alişa Çinai Bakı ilə bağlı təəssüratlarını da bölüşüb. Bildirib ki, Bakıda olduğu üçün özünü xoşbəxt sayır: “Bakı qədim tarixi olan gözəl şəhərdir, çox bəyəndim. Yeməklərinizi xüsusi olaraq sevdim.  İçərişəhəri gəzmişəm. Çox maraqlı məkandır”.