“Bliss Accessories” Bakı Şopinq Festivalında hədiyyə qazandırır!

“Santral Elektrik” Şopinq Festivalın iştirakçısıdır!
Noyabr 15, 2017
“Festival Sürprizləri” lotereyasının növbəti qalibləri elan olundu !
Noyabr 15, 2017

“Bliss accessories” mağazaları Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində müştərilərinə hədiyyələr qazandırır.

Festivalın “Festival Sürprizləri” kampaniyasına qoşulmaqla alıcılarını sevindirən “Bliss Accessories” mağazaları “Festival sürprizləri” lotereyasına 35%-lik endirim kuponları təqdim edib. Bu endirim kuponları ilə müştərilər Ə.Rəcəbli, “28 Mall” ticarət mərkəzi və F.Xoyski ünvanında yerləşən “Bliss accessories” mağazalarında “Romanson”, “Timex”, “Citizen”markalı saatlara 35% endirim əldə bilərlər.

10 ildən çox fəaliyyət göstərən “Bliss accessories” mağazaları “Romanson”, “Timex”, “Citizen”, “Viceroy”, “Mark Maddox”, “Rhythm” kimi dünya şöhrətli saat brendlərini və “Sette” brendinə məxsus gümüş aksessuarları beynəlxalq və ölkədaxili zəmanətlə təqdim edir.

Bundan başqa, festival müddətində istər yerli əhali, istərsə də ölkəyə səfər edən əcnəbilər Bakı Şopinq Festivalı günlərində üzərində “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalardan aldıqları malların əlavə dəyər vergisinin (ƏDV) bir qismini nağd və ya 10 gün müddətində bank hesabına/karta köçürmə yolu ilə geri ala bilərlər.

Qeyd edək ki,  hər il təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib.

Oktyabrın 15-dən başlamış növbəti festival noyabrın 15-dək davam edəcək.

Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.