2012-ci ildə Azərbaycana ABŞ-dan gələn “Cinnabon” brendi Bakı Şopinq festivalının (Baku Shopping festival) iştirakçısıdır.
Desertlərin hazırlanmasında yalnız təbii məhsul və inqredientlərdən istifadə edən Cinnabon “Uğur çarxı” və “Şopomaniya” oyununda 1 ədəd “minibon” sifarişinə, ikincisini hədiyyə kuponları verir.
Fəaliyyətinə yalnız bir məhsul – klassik Cinnabon ilə başlayan şirkət daha sonra menyusuna Minibon, Cinnabayts, Cinnabon Stiks kimi dadlı məhsulları əlavə edərək milyonların sevimlisinə çevrilib.
Cinnabonun ünvanları ilə bu keçiddən tanış ola bilərsiniz http://bakushopfest.com/our-stores/
Qeyd edək ki, hər il təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib.
Oktyabrın 15-dən başlamış növbəti festival noyabrın 15-dək davam edəcək.
Şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.