“ELC” Bakı Şopinq Festivalında – uşaqlarınızı sevindirin!

“İL Patio & Planeta Sushi” restoranları Şopinq Festivalda!
Noyabr 14, 2017
CİNNABON – BAKI ŞOPİNQ FESTİVALININ “DADLI” İŞTİRAKÇISI !
Noyabr 14, 2017

40 ildən artıqdır uşaqlarınızı əyləndirən ELC brendi də Bakı Şopinq Festivalına (Baku Shopping Festival) qoşulub.

ELC brendindən olan oyuncaq çeşidləri körpənin hər yaşındakı ehtiyac və maraqlarına uyğun dizayn edilir.

Bakı Şopinq Festivalı çərçivəsində ELC-nin 28 Mall ticarət mərkəzində yerləşən mağazalarına baş çəkməklə körpənizi sevindirin!

ELC müxtəlif testlərdən uğurla keçmiş, tipinə görə növlərə ayrılmış, davamlı, yaradıcı və əyləncəli oyuncaqlar təklif edir. Onların hazırlanmasında körpə zövqünə, davranışlarına və istəklərinə bələd olan peşəkar pedaqoqlar və uşaq psixoloqları iştirak edirlər.

Uşaqların sosial, fiziki və əqli inkişafında əvəzsiz olan bu oyuncaqlar yüksək keyfiyyətli, təhlükəsiz materialdan hazırlanıb və hipoallergendir.

Üzərində yalnız “Baku Şopinq Festival – Tax Free” stikerlərinin olduğu  mağazalardan alış-veriş edənlər ƏDV-nin bir hissəsini geri ala biləcəklər.

Qeyd edək ki,  hər il təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

Oktyabrın 15-dən başlamış növbəti festival noyabrın 15-dək davam edəcək.