“Festival sürprizləri” lotereyasının yeni qalibləri məlum olub

Bakı Şopinq Festivalının Ani Lotereya uduşları davam edir
Noyabr 16, 2017
Bakı Şopinq Festivalı payız mövsümünü uğurla başa vurdu
Dekabr 5, 2017

Azərbaycan Konqreslər Bürosunun İkinci Bakı Şopinq Festivalı münasibətilə alıcılar üçün təşkil etdiyi ani lotereya uduşlarının növbəti qalibləri məlum olub. Bakı Şopinq Festivalına qoşulan mağazalardan alış-veriş zamanı “Festival sürprizləri” ani lotereya biletlərini əldə etmiş şanslı alıcılar bu dəfə də müxtəlif qiymətli əşyalar qazanıblar.

Festival müddətində ikiqat sevinc yaşayan yeni qalibləri aşağıdakı şəxslər olublar:

“Optimal Elektronics” – dən soba udanlar: Tural Quliyev, Həlimə Babayeva, Şərqiyyə Salayeva, Ramilə Əhmədova, Tural İsayev, Fərrux Əliyev, İmran Kərimov, Nuriyyə Sadıqova, Eldar Qurbanov, Anar Abudov, Zaur Babayev, Samirə Ocaqverdizadə və Həbib Məmmədov.

“Bravo” hipermarketindən mobil telefon qazananlar: Zamin Əliyev, Rəsad Zülfiqarov, Sevil Qasımova, Rüfət Nəsirov, Elmar Rəhimli, Elvin Məcidov, Ləyaqət Rüstəmova, Aliyə Çopurova və Gülnarə Daşdəmirova.

Qeyd edək ki, oktyabrın 15-dən noyabrın 15-dən Bakı Şopinq Festivalına qoşulmuş mağazalardan 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etmiş hər bir alıcı “Festival Sürprizləri” adlı ani stimullaşdırıcı lotereyanın iştirakçısı ola bilərdi.

Lotereya biletini əldə etmək üçün alış-veriş zamanı mağazadan verilmiş vergi hesab-fakturasını Bakı Şopinq Festivalının Park Bulvar və Metro Parkda yerləşən “Məlumat Masası”na təqdim etmək lazımdır. Lotereyanın müvafiq xanasını elə yerindəcə pozmaqla dəyərli uduşlara dərhal qazanmaq olar. Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə bir, 500 AZN və daha çox alış-verişə isə iki lotereya bileti verilir.

Bundan başa, alıcılar aşağıdakı linkdə göstərilən saysız-hesabsız hədiyyələrin də sahibi ola bilərlər:  http://bakushopfest.com/lotereya/lotereya-hediyyeleri/