Misirli qubernator Bakı Şopinq Festivalının təcrübəsindən yararlanmaq istəyir

“Festival Sürprizləri” lotereyasının növbəti qalibləri elan olundu !
Noyabr 15, 2017
Bakı Şopinq Festivalının Ani Lotereya uduşları davam edir
Noyabr 16, 2017

Bu günlərdə Bakıda səfərdə olmuş Misirin turizm şəhəri Şarm əş-Şeyxin yerləşdiyi Cənubi Sinay regionunun qubernatoru Xalid Fuda bakushopfest.com saytına müsahibəsində ölkədə turizmin, iqtisadiyyatın, ticarətin inkişafına xidmət edən İkinci Bakı Şopinq Festivalının təşkilini yüksək qiymətləndirib.

Festivalın böyük uğurlara imza atdığını deyən qubernatorın sözlərinə görə, turizmin, ticarətin və iqtisadiyyatın inkişaf etdirilməsi baxımından,  festivalın keçirilməsi yaxşı ideyadır. “Biz də ASAN xidmətlə yanaşı, bu festivalın təcrübəsindən də istifadə edə bilərik. Çox sevinirik ki, Bakıya səfərimiz Festivalın müddətinə təsadüf etdi”- deyə Xalid Fuda vurğulayıb.