“Mothercare” Bakı Şopinq Festivalı çərçivəsində endirimlər təklif edir

Rəşad İlyasov: “Şopinq Festivallarının keçirilməsi ənənəyə çevirilməlidir”
Noyabr 14, 2017
“İL Patio & Planeta Sushi” restoranları Şopinq Festivalda!
Noyabr 14, 2017

Yüksək keyfiyyəti ilə bütün dünyada valideynlərin etimadını qazanmış  “Mothercare” mağazaları Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində seçilmiş mallara 20-50 % endirimlər təklif edir.

Üzərində yalnız “Baku Şopinq Festival – Tax Free” stikerlərinin olduğu “Mothercare” mağazalarından alış-veriş edənlər ƏDV-nin bir hissəsini geri ala biləcəklər.

Ana və uşaqlar üçün çoxsaylı çeşidlər təklif edən “Mothercare” uşaq mallarının istehsalında hər zaman innovativ yeniliklər və təhlükəsiz materiallardan istifadə edir. “Mothercare”ni fərqləndirən bu üstünlüklər brendin konsepsiyasının əsasını təşkil edir.

Hər kolleksiyasında keyfiyyət və təhlükəsizlik, eyni zamanda optimal düşünülmüş dizayn və rahatlığı birləşdirən “Mothercare” körpələri daim qayğı və sevgi ilə əhatə edir.

Bakı Şopinq Festivalının verdiyi bu imkandan siz də yararlanın!

Hər il təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib.

Oktyabrın 15-dən başlamış növbəti festival noyabrın 15-dək davam edəcək.