“Patchi”nin Festival hədiyyələri ilə ağzınız daha şirin olsun!

Murad Dadaşov: “Şopinq Festival ölkəmizi dünyaya tanıtmaq üçün ideal layihədir”
Noyabr 13, 2017
Alişa Çinai : “Şopinq Festival Bakını dünyaya yeni imicdə təqdim edir”
Noyabr 14, 2017

Hər zaman öz məhsulları ilə müştərilərinin zövqünü oxşayan “Patchi” şokolad dünyası yeniliklərini təqdim etməkdə davam edir. Şokolad sevənlər Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində “Patchi”dən xüsusi endirimlər əldə edəcəklər.

Noyabrın 15-dək “Patchi”dən 150 manatlıq alış-veriş edən müştərilərə 20-30 manat dəyərində şokolad qutusu hədiyyə olunacaq.

Əgər siz həm ağzınızı şirin edib, həm də hədiyyə qazanmaq istəyirsinizsə, o zaman eksklüziv şokolad trendlərinin təklif olunduğu “Patchi”yə tələsin!

Qeyd edək ki, hər il iki dəfə təşkil olunan Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

Oktyabrın 10-dan başlayan ikinci festival isə noyabrın 15-dək davam edəcək. Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosu həvalə olunub.