“Santral Elektrik” Şopinq Festivalın iştirakçısıdır!

“Xurcun” “Festival sürprizləri” ilə müştərilərini sevindirir!
Noyabr 15, 2017
“Bliss Accessories” Bakı Şopinq Festivalında hədiyyə qazandırır!
Noyabr 15, 2017

Bakı Şopinq Festivalına (Baku Shopping Festival) qatılmış “Santral Elektrik” bir sıra aparıcı Avropa və dünya brendlərinin Azərbaycanda rəsmi və eksklüziv distribütorudur.

Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən 5 satış mərkəzlərində alıcılar aparıcı Avropa brendlərinin çılçıraq və müxtəlif kateqoriyalı işıqlandırma sistemləri, sənaye, tikinti və elektrik texniki avadanlıqları, premium və orta seqment üzrə santexnika, keramik plitə və döşəmələri, həmçinin, istənilən zövqə uyğun ev, bağ və ofis üçün keyfiyyətli mebel çeşidini sərfəli qiymətlərlə əldə edə bilərlər.

Müştərilər mağazanın təqdim etdiyi bütün məhsul və brendlərin keyfiyyətinə, orijinallığına və uyğun qiymətləndirilməsinə əmin ola bilərlər.

Festival fürsətini qaçırmamaq üçün alıcılar “Santral Elektrik” mağazalarının Bakı Şopinq Festivalının internet səhifəsində yerləşən ünvanlarına yaxınlaşa bilərlər. (http://bakushopfest.com/our-stores/)

Qeyd edək ki, hər il iki dəfə təşkil olunan Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

Oktyabrın 15-dən başlamış növbəti festival noyabrın 15-dək davam edəcək.

Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.