“Xurcun” “Festival sürprizləri” ilə müştərilərini sevindirir!

“Volks Sport” və “Timsport”dan Festival endirimləri
Noyabr 15, 2017
“Santral Elektrik” Şopinq Festivalın iştirakçısıdır!
Noyabr 15, 2017

Keyfiyyət aşiqi olanların seçim ünvanı “Xurcun” çərəz və şirniyyat brendi Bakı Şopinq Festivalı (Baku Shopping Festival) müddətində müştərilərini sevindirməkdə davam edir!

Festival çərçivəsində “Xurcun” öz alıcılarına hədiyyə qazanmaq imkanı yaradacaq.

Festivalın uduşlu lotoreyalarına “Xurcun” tərəfindən 10 ədəd 100 manatlıq hədiyyə kuponu, eyni zamanda 100 ədəd 15%-lik endirim təqdim edir.

“Xurcun” butiklərindən alış-veriş etməklə həm keyfiyyətli məhsul əldə edə, həm də lotereyanın iştirakçısı ola bilərsiniz.

Keçmişlə müasirliyin vəhdətini özündə əks etdirən “Xurcun”da dünyanın müxtəlif nöqtələrindən gətirilmiş və xüsusi diqqətlə seçilmiş çox zəngin tarixə malik çərəz və qurudulmuş meyvələr təqdim olunur.

Festival fürsətini qaçırmamaq üçün alıcılar “Xurcun” butiklər şəbəkəsinin Bakı Şopinq Festivalının internet səhifəsində yerləşən ünvanlarına yaxınlaşa bilərlər. (http://bakushopfest.com/our-stores/)

Bundan başqa, festival müddətində istər yerli əhali, istərsə də ölkəyə səfər edən əcnəbilər Bakı Şopinq Festivalı günlərində üzərində “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalardan aldıqları malların əlavə dəyər vergisinin (ƏDV) bir qismini nağd və ya 10 gün müddətində bank hesabına/karta köçürmə yolu ilə geri ala bilərlər.

Qeyd edək ki,  hər il təşkil edilən Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib.

Oktyabrın 15-dən başlamış növbəti festival noyabrın 15-dək davam edəcək.

Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.