Yanvarın 31-də Bakıda Azərbaycan Konqreslər Bürosu Açıq Qapılar (“AzCB open Doors”) tədbiri keçirilib.

Bakı Şopinq Festivalı payız mövsümünü uğurla başa vurdu
December 5, 2017
BU İLİN İLK BAKI ŞOPİNQ FESTİVALI 1-31 MAY TARİXLƏRİNDƏ KEÇİRİLƏCƏK!
March 7, 2018

Yanvarın 31-də Bakıda Azərbaycan Konqreslər Bürosu Açıq Qapılar (“AzCB open Doors”) tədbiri keçirilib. Park inn otelinində təşkil olunmuş tədbirə Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev sədrlik edib.

Tədbirin təşkilində əsas məqsəd, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planını təqdim etmək idi. Azərbaycan Konqreslər Bürosunun konsepsiyasının, məqsədlərinin, fəaliyyət istiqamətlərinin təqdimatı ilə yanaşı, strateji məsələlərin müzakirə edildiyi tədbirdə otel, səyahət agentlikləri, restoranlar və  turizm sahəsinin əsas iştirakçıları olmaqla, 100-dən çox səlahiyyətli nümayəndə iştirak edib.

Azərbaycan Konqreslər Bürosu Azərbaycan Tədbirlər Alyansı ilə birgə, beynəlxalq işgüzar tədbirlər sənayesi ilə əməkdaşlıqlara dəstək olmaq üçün yeni və innovativ imkanlar yaratmaqla, dövlət və özəl sektordakı tərəfdaşların sürətlə inkişaf edən şəbəkəsini bir araya gətirir.

Azərbaycan Konqreslər Bürosu Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyatı dövlət qurumlarının dəstəyi ilə ölkəmizdə işgüzar turizmin, eləcə də digər istisadi sahələrin inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesinin partnyorlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) təkrarlayaraq, növbəti dəfə festivalın uğurlu təşkilinə nail olub. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük məmnuniyyətlə qarşılanıb.