Bakı Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?
May 24, 2018
Avropanın Euronews kanalı Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb. 
May 26, 2018

Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və  bol hədiyyəli  ailəvi alış-veriş imkanı yaradır. Belə  ki,  Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın,  kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman “Tax Free”  xidmətindən  yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala  bilərsiniz.

Bakı Şopinq Festivalının iştirakçıları həm də həftə sonlarını əyləncəli keçirmək şansı qazanırlar. 100 AZN-dən  çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat  13:00-dan 20:00-a  qədər  Gənclik Mall-da  Uğur Çarxı, Park Bulvarda  Şopomaniya interaktiv oyununda  xallar  toplayaraq müxtəlif  hədiyyələr əldə edə bilərsiniz.

Bundan başqa, Bakı Şopinq Festivalına qoşulmuş ƏDV ödəyicisi  olan mağazalardan  100 AZN-dən çox,  sadələşdirilmiş  vergi ödəyicisi iştirakçılardan isə 50 AZN-lik  alış-veriş etdikdə  festivalın onlayn  lotereyasında iştirak hüququ qazanırsınız.  Lotereyada  hər  bir iştirakçının iki dəfə  uduş əldə etmək şansı var.  Festivalın rəsmi saytında yerləşən  http://bakushopfest.com/lottery/index.php?p=etrafli/az lotereya səhifəsində  qeydiyyatdan  keçərkən ilk mərhələ  aktivləşir və sizin hədiyyə qazanıb-qazanmadığınız  məlum olur.  Bu mərhələdə uduş əldə edib-etməməyinizdən asılı  olmayaraq mayın 31-də keçiriləcək  tirajlı lotereyada  iştirak edəcəksiniz.  Tirajlı lotereya zamanı baş sponsor Nurgun Motors-dan Nissan Sunny, festivalın digər sponsorları – Baku Electornics,  Bravo hipermarketi və  Park Bulvardan  soyuducu, paltaryuyan maşın, tozsoran,  televizor  və digər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirsiniz.

Festivalın bitməyə 5 gün qaldı. Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın!

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz