Bakı Şopinq Festivalında hədiyyə yağışı davam edir!

Bakıda Şopinq Festival davam edir! Şəhərimizin ticarət mərkəzlərində alış-veriş həyəcanı bitmir!
May 9, 2018
Üçüncü Bakı Şopinq Festivalının lotereya uduşunun ilk qalibləri məlum oldu!
May 11, 2018

Sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı artıq bir həftədir ki, alış-veriş həvəskarlarını sevindirməyə davam edir. “Alış-verişiniz sizə hədiyyə qazandırsın!” şüarı ilə mayın 1-dən açıq elan edilən festivalın Onlayn Lotereyabu vaxt ərzində yüzlərlə iştirakçıya dəyərli hədiyyələr qazandırıb. Bəs siz qazanmaq üçün nəyi gözləyirsiniz?

Sizin də adınız qaliblər siyahısında ola bilər!

Bakı Şopinq Festivalındakı bu imkanlarla siz də alış-veriş etdiyinizdə qiymətli hədiyyələr qazana bilərsiniz:

– 10000-dən çox dəyərli hədiyyə;

– “Nissan Sunny” avtomobili;

– bir dəfə alış-veriş etməklə 2 dəfə iştirak etmək şansı;

Daha ətraflı =>Sayta keç

Özü də bunların hamısı Onlayn-da!

Ən əsası, şansınızı onlayn olaraq sınaya bilərsiniz və bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sizin alış-verişinizi təsdiqləyən sənəd (çek və ya VHF) lotereya biletinizə çevriləcək.

Bu möhtəşəm fürsətlər Bakı Şopinq Festivalına xüsusi maraq göstərilməsinə səbəb olub. Belə ki, ötən bir həftə ərzində artıq 1000-dən çox iştirakçı alış-veriş edərək qeydiyyatdan keçib, Onlayn Lotereyada şansını sınayıb. 200-dən çox iştirakçı isə dəyərli hədiyyələr qazanıb.

Bir-birindən dəyərli hədiyyələr hələ qarşıdadır! İştirak etmək isə çox asandır:

Festivalın lotereya proqramına qoşulmuş mağaza, restoran və supermarketlərdə tələb olunan minimum məbləğdə alış-veriş edirsiniz.

Kassa çekini və ya vergi hesab-fakturanı kassirdən alırsınız. Vergi hesab-fakturanı ƏDV köşkündə təsdiq etdirirsiniz. Ödədiyiniz məbləğinƏDV-nin qismini  hissəsini geri alırsınız.

 www.bakushopfest.com/lottery səhifəsində qeydiyyatdan keçirsiniz.

Çek və ya vergi hesab-faktura məlumatlarını daxil edirsiniz və lotereyanın sponsorlarından –  Bravo marketlər şəbəkəsi, Baku Electronics, Park Bulvar və digər iştirakçılardan 10 000-dən çox dəyərli hədiyyədən birini qazanmaq şansı əldə edirsiniz.

Ən əsası, Nissan Sunny avtomobilini qazana bilərsiniz!

İştirak etdiyiniz çeki (və ya VHF-nı) ikinci dəfə iştirak üçün saxlayın. Bu, sizə 31 may tarixində keçiriləcək tirajlı lotereyada daha dəyərli hədiyyə – avtomobil qazandıra bilər!

Əsas uduş lotereyanın baş sponsoru, “Nissan” brendinin Azərbaycandakı rəsmi distribütoru “Nurgün Motors” tərəfindən təqdim edilən “Nissan Sunny” avtomobilidir.

Nissan Sunny-nin üstünlükləri:

– Seqmentində ən geniş salona və yük yeri həcminə malik ailə avtomobilidir;

– Yanacaq sərfiyyatında və satış sonrası xidmətdə yüksək qənaət edirsiniz;

– Nurgün Motors tərəfindən müştərilərə təqdim olunan 5 il və ya 155.000 km rəsmi zəmanət əldə edirsiniz.

Yeri gəlmişkən, əgər 1-31 may tarixlərində özünüz və ya yaxınlarınız üçün avtomobil almaq istəsəniz, www.bakushopfest.com saytından gəldiyinizi qeyd etməklə, 1% endirim və 4500 manat ilkin ödənişlə Nissan Sunny avtomobilinə sahib ola bilərsiniz.

Başqa hansı dəyərli hədiyyələr qazana bilərsiniz?

Televizor, soyuducu və başqa dəyərli məişət texnikaları da lotereyanın digər sponsorları Bravo marketlər şəbəkəsi, Baku Elektronics və Park Bulvar AVM tərəfindən təqdim olunur. Həmçinin sponsorlardan alış-veriş edənlər müxtəlif endirimlərdən də yararlana bilərlər.

Nümunə üçün Bravo marketlər şəbəkəsini götürək. 1 – 31 may tarixlərində  müştərilər Bravo Hipermarketlərdə və Superstorlarda təqdim olunan bütün qeyri-qida məhsullarına xüsusi endirimlər əldə edə biləcəklər. Müştərilər hər 100 AZN-dən çox alış-veriş zamanı ödədikləri ƏDV-nin qismini geri götürmək imkanı əldə edə biləcəklər. Sharp paltaryuyan maşınını cəmi 499 manata alaraq, 50 manatınızı geri alırsınız və lotereyada 2 dəfə udmaq şansı qazanırsınızş

Bakı Şopinq Festivalı may ayı ərzində sizi sevindirməyə tam sürətlə davam edəcək. May ayını alış-veriş etməklə, özünüz üçün hədiyyələrlə dolu bir aya çevirə bilərsiniz. Odur ki, qalan günlərdə alış-veriş üçün tələsin! Tələsin ki, Sizin də adınız Onlayn Lotereyanın qalibləri siyahısına düşsün!