Bakıda Şopinq Festival davam edir! Şəhərimizin ticarət mərkəzlərində alış-veriş həyəcanı bitmir!

Bakı Şopinq Festivalı şəhərin alış-veriş mərkəzlərində
May 4, 2018
Bakı Şopinq Festivalında hədiyyə yağışı davam edir!
May 10, 2018

Bakıda həyat qaynayır! Minlərlə turistin ziyarət etdiyi şəhərin hər anı maraqlı hadisələrlə yadda qalır. Dünya ulduzlarının Bakıya səfəri eyforiyası 3-cü Bakı Şopinq Festivalı həyəcanı ilə əvəzləndi.

Şopinq festivalı həyəcanı şəhərin Port Baku Mall, 28 MallGənclik Mall kimi ən məşhur ticarət mərkəzlərini də əhatə edir.

Dünyanın qabaqcıl geyim, aksessuar və zinət əşyaları brendlərini bir arada toplayan Port Baku Mall-da dəbdəbə həvəskarlarının alış-verişi şopinq festivalı çərçivəsində daha da rəngarəng olacaqdır. Alıcıları sevindirən əsas amillərdən biri – ƏDV-nin bir qisminin qaytarılması isə Port Baku Mall-da daha asan baş tutur. Burada yerləşən “Tax Free” stendləri bu proseduru asan şəkildə, alış-verişdən dərhal sonra həyata keçirməyə imkan verir.

Şəhər sakinləri və turistlərin gündəlik alış-veriş üçün seçdikləri məşhur Gənclik Mall28 Mall-da da şopinq festivalı zamanı xüsusi təkliflər və aksiyalar keçirilir.

Dünyaca məşhur və yerli geyim, aksessuar, ayaqqabı, oyuncaq, məişət əşyaları, texnika və kosmetika brendəri mağazalarının yerləşdiyi ticarət mərkəzləri şopinq festivalı günlərində daha da cəlbedicidir.

Mağaza vitrinlərinin və brendlərin rəngarəngliyi alış-veriş həvəskarlarını daha da cəlb edir. Bakı Şopinq Festivalı nişanı olan mağazalar isə ikiqat diqqət mərkəzindədir. Endirimlər, ƏDV-nin bir qisminin geri qaytarılması, kampaniya və aksiyalar ticarət mərkəzlərində hökm sürən bayram ab-havasına bir az da rəng qatır. Bütün bunlarla yanaşı, festival çərçivəsində alıcıları dəyərli hədiyyələrlə zəngin lotereya uduşları və əyləncə gözləyir!

Özünə və sevdiklərinə hədiyyə etməyi sevən, dəb yeniliklərini izləyən və öz fərdi tərzi ilə seçilənlər üçün xidmət göstərən ticarət mərkəzlərində davam edən festivala hamı dəvətlidir!