Leyla Əliyevanın rəsmləri Kiril İstominin Bakı sərgisində nümayiş edilir

Avropanın Euronews kanalı Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb. 
May 26, 2018
Bakı Şopinq Festivalının tirajlı lotereyasında avtomobilin sahibi məlum oldu!
June 1, 2018

Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində, Port Baku Mall-ın bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin «LivingwithArt» adlı şəxsi sərgisi açılıb. Sərgidə Kirill Istomin Interior Design & Decorating dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir.

Bakı Şopinq Festivalı fəxrlə bildirir ki, sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri, İDEA ictimai birliyinin rəhbəri Leyla Əliyevanın rəsmləri quraşdırılıb.

Qeyd edək ki, sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdırlar. Sərgidə həmçinin xüsusi olaraq Bakı üçün yaradılmış və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş edilir.

Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. Leyla Əliyeva aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş şəkillər yaradıb. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.

2002-ci ildə yaradılmış Kirill Istomin Interior Design & Decoration bu gün daxili dizayn və dekorasiya sahəsində lider mövqeyə malikdir. Layihələri bütün dünyada həyata keçirilir: Paris və Cenevrədə, London və Nyu-Yorkda, Cote d’Azurda və İtaliya Rivierasında, Los-Anceles və Sankt-Peterburqda, Moskva və Alma-Atada. Şirkətin təsisçisi Kiril İstomin AD və ElleDecoration jurnallarının versuyalarına görə, ən yaxşı dekorçulardan biridir.

Şirkət daxili memarlığın yaradılması və fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, fərdi otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol dəstləri, yataq dəstləri, aksesuarlar sifariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.