Bakıda Aktiv İstirahət

megafun.az

MegaFun

Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan “MegaFun” 2012-ci ildə “Azure” kompleksində fəaliyyətə başlayıb. Bir il sonra isə əyləncə mərkəzinin ərazisi iki dəfə artırılaraq kompleksin 3 mərtəbəsini əhatə edib. Yenilənən “MegaFun” hazırda 17 coğrafi zonadan ibarətdir, ümumi sahəsi 30 000 kvadrat metrdir. Əyləncə mərkəzində 200-dən çox attraksion, oyun aparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14-ü böyüklər, 2-si uşaqlar üçün olmaqla cəmi 16 xətli), 4,5,6 D kinotetatrlar, lazer oyunları, qorxu tunneli, çarpışan arabalar, “Magic Jungle” adlı Bakının ən böyük güzgülü labirinti, eləcə də 7 nəhəng dinozavr ilə uşaqları nağıllar aləminə aparan Dino Parkı fəaliyyət göstərir.
Daha ətrafli
faa.az

Kartinq

Qafqazın ən böyük, örtülü kartinq mərkəzi olan “Baku Karting & Event Сenter” 2010-cı ildən etibarən bütün drayv və sürət sevənlər üçün açıqdır. Mərkəzin ərazisində ümümi sahəsi 4000 kvadrat metr olan xüsusi asfalt örtüklü, uzunluğu 500 metr olan trek yerləşir. Burada həmçinin, alman istehsalçısı “Rimo”nun peşəkar kartlarından ibarət avtopark və 200 nəfərlik “Rich Club & Lounge” fəaliyyət göstərir. “Baku Karting & Event Center” unudulmaz aktiv istirahət mərkəzidir.
Daha ətrafli
Red-Dynasty@Bukit-Timah-Turf-City_002.jpg

Peyntbol

Peyntbol Bakıda populyarlıq qazanan yeni istirahət növlərindəndir. Əyləncə və idmanın vəhdətini özündə cəmləşdirən bu oyunda silah sıxılmış hava ilə təchiz olunmuş marker, güllələr isə yağ və ya jelatın tərkibli zərərsiz boya şarlarıdır. Bu idman növü vasitəsilə siz stress və gərginlikdən uzaqlaşa bilərsiniz. Peyntbol zamanı soyuqqanlı və güclü taktiki düşüncə qabiliyyətinə malik olmaq lazımdır. Yaşından, cinsindən, fiziki hazırlığından asılı olmayaraq peyntbol hər kəsə öz komanda ruhunu və liderlik xüsusiyyətlərini göstərməyə imkan yaradır.
onlinenewsandtips

Kaytserfinq

Kaytserfinq su idmanı növünə marağınız varsa, Bakının yaxınlığında, Xızı rayonunun Şuraabad qəsəbəsində yerləşən “Bluе Planеt Kayt” çimərliyinə yollanın. Mərkəzdə qrup və individual dərslər, bacarıq səviyyənizin artırılması üzrə kurslar, yeni başlayanlar və peşəkarlar üçün təlim kursları təklif olunur. Burada həmçinin kayt və lövhələrin, eləcə də bütün lazımi aksessuarların satış və icarəsi mövcuddur. Bununla yanaşı, çimərlik klubunu və ləziz təamlarla zəngin rеstoranı da ziyarət edə bilərsiniz.
Daha ətrafli