Bakının Mədəni Həyatı

Photo 1 lower (21)

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı xəzinədir. 17 000-dən artıq sənət abidəsinin mühafizə edildiyi bu muzeyin əsası 1936-cı ildə qoyulub, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.
Daha Ətraflı
Photo 1 lower (11)

Tarix muzeyi

Bakının gözəl memarlıq abidələrindən birində, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş Tarix muzeyi 1921-ci ildən etibarən ilk ziyarətçilərini qəbul etməyə başlayıb. Muzeydə fəaliyyət göstərən etnoqrafiya fondu xalqımızın təsərrüfat həyatına və məişətinə aid 9 000-ə qədər eksponatı əhatə edir.
Daha Ətraflı
Photo 1 lower (23)

Milli Azərbaycan Ədəbiyyatı muzeyi

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi 1945-ci ildə təşkil olunub, 1959-1967-ci illərdə genişləndirilərək yenidən qurulub. Nizami muzeyi Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Daha Ətraflı
Photo 1 lower (16)

Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzey olub. Muzeyin kolleksiyasına 14 000-ə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. Dənizkənarı bulvarda Xalça muzeyi üçün inşa olunan yeni dördmərtəbəli binanın açılışı 2014-cü ildə baş tutub. 2010-cu ildə “Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalça sənəti” Bəşəriyyətin qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına, 2014 –cü ildə isə “Azərbaycan kələğayı sənəti” YUNESKO –nun qeyri-maddi mədəni İrsi üzrə Reprezentztiv Siyahısına daxil edilmişdir.
Daha Ətraflı
Photo 1 lower (14)

Muzey Mərkəzi

Muzey Mərkəzinin binası 1960-cı ildə memar Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilib və Muzey Mərkəzi adını alıb. Bu binada Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Din Tarixi Muzeyi yerləşir.
Daha Ətraflı
Photo 1 lower (18)

Qobustan dövlət tarixi-bədii qoruğu

Qobustan qayaüstü rəsmləri Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi ən qədim məbəddir. Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən bu qoruqda çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbirləri aşkarlanıb. Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.
Daha Ətraflı
lent az

Dövlət Musiqili Teatrı

Şıxəli Qurbanov adına Dövlət Musiqili Teatrı Azərbaycan teatr sənətində xüsusi çəkiyə malikdir. Burada illər boyu səhnəyə qoyulan komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, cəhalət və cəmiyyətin digər çatışmazlıqları ifşa edilib. Hazırda teatrda “Bankir adaxlı”, “Amerikalı kürəkən”, “O olmasın, bu olsun”, “Kimdir müqəssir?” kimi tamaşalar nümayiş olunur.
Daha Ətraflı
Photo 1 lower (20)

Akademik Milli Dram Teatrı

10 mart 1873-cü il həm milli peşəkar teatrımızın, həm də Akademik Milli Dram Teatrının yaranma tarixidir. Teatrda bu günə kimi görkəmli aktyorların ifasında Azərbaycan və dünya dramaturgiyasının “Hacı Qara”, “Ölülər” , “Hamlet” , “Səyavuş”, “Vaqif” kimi əsərləri tamaşaya qoyulub.
Daha Ətraflı
Photo 1 lower (5)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan peşəkar teatrdır. Teatr 1928 -ci ildə Bakı Uşaq Teatrı adı altında yaradılıb, 1936-cı ildən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kimi fəaliyyət göstərir. Repertuarında uşaq ədəbiyyatına daxil olan nağıllar, yeniyetmələr üçün isə macəra pyesləri, komediya janrında nəzərdə tutulan tamaşalar üstünlük təşkil edir.
Daha Ətraflı
Photo 1 lower (22)

Azərbaycan Dövlət Kukla Teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 1931-ci ildə yaradılıb. Ötən əsrin 60-70-ci illərindən etibarən uşaqlar və məktəblilər, 1975-ci ildən isə həm də böyüklər üçün repertuar təqdim edilir. Teatrın repertuarında “Tıq-tıq xanım”, “Cırtdan”, “Yalançı şahzadə”, “Qırmızı papaq”, “Göyçək Fatma”, “Ələddin”, “Şəngülüm, Şüngülüm” kimi tamaşaları xüsusilə qeyd etmək olar.
Daha Ətraflı
Photo 1 lower (15)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. Teatrın repertuarını ənənəvi klassik opera formasında yazılmış Azərbaycan və dünya klassiklərinin “Leyli və Məcnun”, “Koroğlu”, “Qız qalası”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Karmen”, “Don Kixot”, “Qu gölü”, “Jizel”, “Toska” kimi şedevrləri təşkil edir.
Daha Ətraflı
Photo 1 lower (12)

Dövlət Pantomima Teatrı

Dövlət Pantomima Teatrı Azərbaycan teatr tarixində ilk pantomima teatrıdır. Azərbaycanda pantomima teatrının əsası əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə tərəfindən qoyulub. Bu teatr Azərbaycan tamaşaçısına pantomima janrını tanıtmaq və sevdirmək kimi məsuliyyətli bir işi öz üzərinə götürüb.
Daha Ətraflı
sia az

Azərbaycan Dövlət Rus Dram Teatrı

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 1920-ci ildə yaradılıb. Burada uzun illər ərzində Azərbaycan və dünya dramaturqlarının bir çox sevilən əsərləri səhnələşdirilib. Onların arasında “Don Karlos”, “Romeo və Culyetta”, “Aydın”, “Sevil”, “Od Gəlini”, “Fərhad və Şirin” kimi tamaşaları göstərmək olar.
Daha Ətraflı