Şopinq festivalı iştirakçılarının nəzərinə!

Bakı Şopinq Festivalı Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunur. Xüsusilə özəl sektorun inkişafına xidmət edəcək festival zamanı Rusiya, Qazaxıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə turist və müştəri axınına səbəb olacaq.

Azərbyacan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə təşkil edilən festival turizmlə yanaşı ticarətin də inkişafına təkan verəcək.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman da bu baxımdan böyük təsir edəcək.

Bütün bunları nəzərə alaraq, əminliklə söyləmək olar ki, festival həm iştirakçılar, həm də ziyarətçilər və alıcılar üçün çox faydalı olacaq.

Siz sahibkarlar burada qeydiyyatdan keçməklə iştirakçı statusu ala bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək üçün info@bakushopfest.com elektron ünvanına yazmaq xahiş olunur.