Azərbaycanda ilk dəfə keçiriləcək Bakı Şopinq Festivalı (“shopping festival”) ilə bağlı vətəndaşlar tərəfindən “Ən çox verilən suallar” (FAQ) və onların cavabları ilə bu bölmədə tanış ola bilərsiniz.

Ümumi suallar

11. Bakı Ticarət Festivalı nədir?
Bakı Ticarət Festivalı hər il Bakıda keçirilən mövsümi alış-veriş bayramıdır. Festival müddəti ərzində Bakının alış-veriş mərkəzləri, mağaza və restoranlarında alış-veriş zamanı xüsusi endirimlər, hədiyyələr təqdim olunur, eləcə də ticarət mərkəzləri və digər məkanlarda əyləncə tədbirləri keçirilir. BSF haqqında daha ətraflı burada
22. Festival nə vaxt keçiriləcək?
Festivalın ənənəvi olaraq ildə ən azı iki dəfə keçirilməsi nəzərdə tutulub. İlk festival 2017-ci il 10 aprel – 10 may tarixlərində keçiriləcək. Bu ilə planlaşdırılan ikinci festivalın oktyabr ayında keçirilməsi nəzərdə tutulur.
33. Festivala kimlər qoşula bilər?
Festivalda partnyor və ya sponsor kimi təmsil olunmaq istəyən şirkətlər, həmçinin, dövlət qurumları, turizm təşkilatları, alış-veriş mərkəzləri, kafe və restoranlar, gözəllik salonları, nəqliyyat və s. müəssisələr, öz məhsul və xidmətlərinin satışını təşkil etmək istəyən iştirakçılar, media qurumları, habelə, işləmək və könüllü olaraq qoşulmaq istəyənlər iştirak edə bilər. Daha ətraflı məlumatla burada tanış olun.
44. Festivalda hansı obyektlər, mağaza, restoran və alış-veriş mərkəzləri və s. iştirak edir?
Şəhərdə fəaliyyət göstərən böyük ticarət mərkəzlərindəki mağaza, restoranlar və digər obyektlər festivalda iştirak edir. Sadəcə vitrin və ya kassalarında “Baku Shopping Festival” stikeri olan yerlərə diqqət yetirin. Tam siyahı ilə burada tanış ola bilərsiniz.
55. Festivalda iştirakın üstünlükləri, xüsusi təkliflər, lotereya və endirimlər necə təqdim olunur?
Bakı Ticarət Festivalının iştirakçısı olmaqla müxtəlif kampaniya və aksiyalarda endirimlər, xüsusi hədiyyələr və digər maraqlı sürprizlər əldə edə bilərsiniz. Hər kəs nağd və ya plastik kartla ödəmə zamanı verilən imkanları əldə edə bilər. Daha ətraflı məlumat burada
66. Festival müddəti ərzində hansı əyləncə proqramları təşkil olunacaq?
Bakı Ticarət Festivalı ərzində keçirilən əyləncə tədbirlərinin yer, tarixləri burada
77. Könüllü olaraq harada qeydiyyatdan keçmək olar?
88. İş imkanları əldə etmək üçün harada qeydiyyatdan keçmək olar?
99. İştirakçı olaraq harada qeydiyyatdan keçmək olar?
1010. Media “Baku Shopping Festival”-ın strukturu və işləri haqqda rəsmi məlumatları necə əldə edə bilər?
Media olaraq festivalda təmsil olmaq üçün burada(http://bakushopfest.com/for-media-inquiries/) qeydiyyatdan keçə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək üçün media@bakushopfest.com maili ilə əlaqə saxlamağınız xahiş olunur.
1111. Bakı Ticarət Festivalının təşkilatçısı kimdir?
Ticarət festivallarının keçirilməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.

İştirakçılar

11. Festivalın iştirakçıları kimlər ola bilər?
Yerli və xarici ticarət müəssisələri, satış nöqtələri, hava və digər nəqliyyat xidməti göstərən qurumlar, restoranlar və digər ictimai iaşə obyektləri, turizm agentlikləri, qonaqlama müəssisələri və digər xidmətlər göstərən yerli və xarici müəssisələr və fərdi sahibkarlar.
22. Iştirakçı olmaq nə deməkdir? Onun hansı üstünlükləri var?
İştirakçı olmaq müxtəlif üstünlüklər və imtiyazlar verir: - Ticarət festivallarının brendləşdirici nişanlarından istifadə etmək hüququ - ƏDV qaytarılma proqramına qoşula bilmək - Müxtəlif stimullaşdırıcı proqramlarda iştirak etmək - Alıcılar və turistlər tərəfindən festivalların iştirakçısı kimi tanınmaq Festivallara iştirakçı qismində qatılmayan müəssisələr bu imtiyazlardan faydalana bilməyəcəklər. Qeydiyyatdan keçmiş iştirakçıların siyahısı BSF rəsmi internet səhifəsində yerləşdirilir.
33. Niyə ticarət festivallarına iştirakçı kimi qoşulmalıyam?
Alıcılar və satıcılar üçün təqdim edilən güzəşt və imtiyazların məqsədi ölkəyə çoxlu sayda alış-veriş etmək üçün turist cəlb etmək və yerli əhali daxil olmaqla pərakəndə ticarət, qonaqlama və ictimai iaşə sahələrində xərcləməni artırmaqdır. Alıcıları cəlb etmək üçün ticarət festivallarının təşkilatçısı tərəfindən həm ölkə daxilində, həm də ölkə xaricində il boyu çoxlu sayda marketinq və məlumatlandırma kampaniyaları, festivallar zamanı isə stimullaşdırıcı tədbirlər keçiriləcək. Bu isə öz növbəsində festivalda iştirak edənlərin dövriyyə və gəlirlərinin ciddi artımı üçün münbit şərait yaradacaq. İştirakçı olmayan müəssisələr - eyni imtiyazlardan faydalana bilməyəcək - festival proqramlarında iştirak edə bilməyəcək - ƏDV qaytarma proqramına qoşula bilməyəcək - stimullaşdırıcı tədbirlərdə iştirak edə bilməyəcək
44. İştirakçı olmaq üçün nə etməliyəm?
Ticarət festivallarında iştirak etmək istəyən müəssisələr və sahibkarlar ticarət festivalının təşkilatçısı tərəfindən qeydiyyatdan keçirlər. Qeydiyyat kağız ərizə və ya ticarət festivallarının rəsmi internet səhifəsində elektron ərizə verməklə aparılır.
55. Qeydiyyat müddəti və tarixləri barədə məlumatı nəcə əldə etmək olar?
Qeydiyyat tarixləri hər bir festivalın keçirilmə tarixləri elan edildikdən sonra ticarət festivalının təşkilatçısı tərəfindən təyin edilir. Qeydiyyat proseduru haqqında ətraflı məlumat BSF-in rəsmi internet səhifəsində yerləşdirilir.
66. ƏDV qaytarılması şərti ilə satıcı kimi qeydiyyatdan keçməklə ticarət festivallarında qeydiyyat arasında hansı əlaqə var?
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicilərinin qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılır. Lakin, ondan öncə mütləq ticarət festivallarında iştirakçı kimi Şopinq Festivalına qeydiyyatdan keçmək lazımdır.
77. Mən internet səhifəsində göstərilən müddətdə ticarət festivalına qeydiyyatdan keçə bilmədim.
Ticarət festivalına göstərilən müddət ərzində qeydiyyatdan keçə bilməyən namizəd növbəti ticarət festivalı üçün qeydiyyatdan keçə bilər.
88. Ərizəyə hansı müddətdə cavab verilir?
Ərizə BSF-ə daxil olduqdan ilk 5 (beş) iş günü ərzində təqdim edilmiş məlumatın dolğunluğu yoxlanılır. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 (üç) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması təklif edilir. Ərizəçi bu müddət ərzində tələb edilən məlumatları və (və ya) sənədləri təqdim etməlidir.
99. Hansı hallarda qeydiyyatdan imtina edilə bilər?
-təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda; -qeydiyyatdan keçmək üçün müraciət etmiş şəxs tərəfindən yanlış, saxta və ya natamam məlumatlar təqdim edildikdə; -göstərdiyi xidmətlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda; -maliyyə və texniki imkanları ticarət festivalının tələblərinə cavab vermədikdə; İmtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqda iştirakçılığa namizəd yenidən qeydiyyat üçün müraciət edə bilər.
1010. Hansı hallarda qeydiyyata xitam verilə bilər?
- Ticarət festivalının təşkilatçısı ilə razılaşdırılmadan festivalların brend və simvollarından icazəsiz istifadə etdikdə; - İştirak paketinin tələblərinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə; - Ticarət festivallarının ümumi siyasət və prosedurlarını, keyfiyyət və müştəri məmnuniyyəti ilə bağlı şikayətlər daxil olduqda və onları verilmiş vaxt ərzində aradan qaldırmadıqda; - İştirakçı ilə ticarət festivalının təşkilatçısı arasında imzalanacaq xidmət müqaviləsinin tələbləri iştirakçı tərəfindən pozulduqda və verilmiş vaxt ərzində aradan qaldırılmadıqda; - Ticarət festivallarının iştirak paketi və ƏDV qaytarılması üçün qeydiyyatın tələblərini pozaraq alıcılara bilərəkdən yanlış məlumat verdikdə; - Ticarət festivalının təşkilatçısı tərəfindən təyin edilmiş monitorinqlər və ya keyfiyyətə nəzarət prosedurları və ya ticarət festivalının təşkilatçısına daxil olan şikayətlərin araşdırılması nəticəsində sənədləşdirilmiş pozuntuları vaxtında aradan qaldırmadıqda; - Ticarət festivalının təşkilatçısı tərəfindən standard qaydada bütün iştirakçılardan tələb edilən statistik məlumatların təqdim olunmasından imtina etdikdə; - İştirakçının fəaliyyəti qanunvericilikdə nəzərdə tutulan hallarda məhdudlaşdırıldıqda; - İştirakçı tərəfindən könüllü ərizə ilə müraciət edildikdə;
1111. Əgər hər hansı səbəbdən iştirakçı kimi qeydiyyata xitam verilərsə nə baş verir?
İştirakçının qeydiyyatına istənilən səbəbdən xitam verildikdə iştirakçı dərhal ticarət festivallarının brendləşdirici nişanlarını, təbliğat və təşviqat materiallarını və festivallara istinad edən hər hansı fiziki və elektron materialları özünə məxsus məlumat daşıyıcılarından yığışdırmalıdır.
1212. Xidmət müqaviləsi imzalanırmı?
Qeydiyyatdan keçmiş iştirakçı ilə ticarət festivalının təşkilatçısı arasında iştirakçıların öhdəlikləri, məsuliyyəti, hüquq və vəzifələri, festivallardakı fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi mövzularında münasibətləri tənzimləyən müqavilə imzalanır.
1313. Ödəniş infrastrukturu ilə bağlı hansı tələblər var?
Pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektində vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına və işlək vəziyyətdə olan POS-terminala malik olmalıdır.
1414. “Global Village” nədir?
Ticarət festivalları zamanı xüsusi ticarət və əyləncə üçün ayırlmış müvəqqəti, xüsusi icazə və qeydiyyat ilə həyata keçirilən yarmarka və əyləncə məkanıdır. Bu məkanda qeydiyyat digər iştiraçılar üçün bənzər prinsiplər ilə aparılır.
1515. İştirakçıların fəaliyyətinə hansı şəkildə nəzarət edilir?
Ticarət festivallarının təşkilatçısı tərəfindən festival müddətində iştirakçıların fəaliyyətinin müxtəlif aspektlərinə nəzarət ediləcək. İştirakçının xidmət müqaviləsində üzərinə götürdüyü öhdəliklər, öhdəlik götürülmüş endirimlərin verilməsi, ƏDV qaytarılma prosesi, müştərilərlə nəzakətli davranış və onların şikayətlərinin həll edilməsi və digər aspektlər üzrə monitorinqlər və gizli yoxlamalar keçiriləcək və iştirakçının xidmət səviyyəsi qiymətləndiriləcək. Həmçinin internet və zəng mərkəzi vasitəsilə toplanan məlumatlar və şikayətlər də nəzərə alınacaq.
1616. İştirakçılara ticarət festivallarında iştirakı təsdiq edən sənəd veriləcək?
Bəli. Xidmət müqaviləsi imzalamış iştirakçıya ticarət festivalının təşkilatçısı tərəfindən festivallarda iştirakı təsdiq edən icazə sənədi təqdim edilir. Bu sənəd nəzarət olunmaq üçün həmişə iştirakçının obyektinin ərazisində olmalıdır.
1717. Müstəqil şəkildə kampaniyalar keçirə bilərikmi?
İştirakçılar ticarət festivalları çərçivəsində müəyyən əyləncə tədbirləri, xüsusi kampaniyalar və stimullaşdırıcı lotereyaları müstəqil qaydada keçirə bilərlər. Lakin bu halda bütün belə tədbirlər üçün ticarət festivalının təşkilatçısı tərəfindən yazılı təsdiq alınmalıdır.
1818. ƏDV-nin qaytarılması proqramına necə qoşula bilərik?
ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicilərinin qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılır. Bu barədə daha ətraflı məlumatı http://www.taxfree.az internet səhifəsində əldə edə bilərsiniz.

Turistlər

11. “Baku Shopping Festival” müddətində Bakıya necə səyahət etmək olar?
(Festivalın partnyor hava yolları, avtobus, qatar, avtomobil magistralları – bütün zəruri detallar Festivalın vebsaytında verilən paketlərinə yönləndirilir) Təyyarə uçuşları barədə buradan məlumat ala bilərsiniz https://www.azal.az/ Avtobuslar barədə məlumat əldə etmək üçün buraya daxil ola bilərsiniz http://bbak.az/index.php Dəmir yolundan istifadə üçün buraya daxil ola bilərsiniz http://biletonline.ady.az/az
22. Azərbaycana viza necə əldə etmək olar?
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bunun üçün həmin şəxslər ASAN Viza rəsmi saytında müvafiq keçiddən (www.evisa.gov.az) istifadə edə bilərlər.
33. Festivalın səyahət paketləri nədir?
VIP, Standart və Ekonom paketlər barədə məlumatı burada (PACKAGES linki) əldə edə bilərsiniz.
44. Festivalın partnyor otelləri hansılardır?
(Premium, orta səviyyəli, hostellər, yaşayış evləri və uyğun detallar vebsaytda verilən paketlərinə yönləndirilir)

ƏDV Qaytarılması

11. ƏDV-nin qaytarılması nədir?
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış bəzi mallara görə qanunvericilikdə nəzərdə tutulan hallarda əlavə dəyər vergisinin alıcılara qaytarılması nəzərdə tutulur.
22. ƏDV qaytarılmasının məqsədi nədir?
ƏDV qaytarılması pərakəndə ticarətin və turizmin inkişafı üçün dövlət tərəfindən vətəndaşlara və əcnəbilərə təqdim edilən güzəştdir.
33. Azərbaycan vətəndaşları və əcnəbilər üçün ƏDV qaytarılmasında hansı fərqlər mövcuddur?
Əcnəbilər və vətəndaşlığı olmayan şəxsər ƏDV qaytarılmasından (“tax-free”) bütün il boyu (ticarət festivalları daxil olmaqla) istifadə edə bilərlər. Azərbaycan vətəndaşları və Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər yalnız ticarət festivalları dövründə ƏDV qaytarılmasından istifadə edə bilərlər.
44. Hansı mallar üzrə alış verişlərdə ƏDV geri qaytarılmır?
- İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar; - Aksizli mallar; - Ərzaq malları; - Dərman preparatları və tibbi ləvazimatlar; - Ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar; - Çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar; - Külçə şəklində qiymətli materiallar; - Nəqliyyat vasitələri və onların ehtiyat hissələri;
55. Hansı məbləğlərdə alışlar üçün ƏDV geri qaytarılır?
Ticarət festivalları dövründə bir hesab-faktura üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda ƏDV alıcıya geri qaytarılır. Əcnəbilər üçün digər vaxtlarda minimum alış məbləği 300 (ƏDV ilə birlikdə) AZN olmalıdır.
66. ƏDV-ni necə geri ala bilərəm?
- Alış zamanı satıcı alıcıdan ƏDV-nin qaytarılması hüququndan istifadə etmək barədə istəyinin olub-olmadığını soruşur; - Alıcı bu hüquqdan istifadə etmək istədikdə, satıcı ona mövcud qaydaların tələbləri barədə ümumi məlumat verir; - Satıcı tərəfindən müvafiq elektron vergi hesab faktura tərtib edilir (e-VHF) və real vaxt rejimində məlumat bazasına ötürülür. Bunun üçün müvafiq məlumatlar alıcının şəxsiyyət vəsiqəsi əsasında doldurulur; - e-VHF iki nüsxədə çap edilir və hər iki nüsxə alıcıya təqdim edilir. Fakturada satıcının imzası və möhürü olmalıdır. - Alıcı e-VHF-nın nüsxələrini ƏDV köşkündə təqdim edir; - Köşkdəki əməkdaş mallara baxış keçirə bilər; - e-VHF təsdiq edildikdən sonra müvəkkil banka ötürülür; - Alıcı müvəkkil banka yaxınlaşıb müraciət edir; - Müvəkkil bank əməliyyatı təsdiq edib məbləği alıcıya ödəyir.
77. Satıcı alıcıdan hansı məlumatları istəyə bilər?
- alıcının adı və soyadı; - alıcının şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi; - alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin adı);
88. Ödənilmiş ƏDV-nin qaytarılması üçün ƏDV köşkünə nələri təqdim etməliyəm?
Alıcı ödənilmiş ƏDV-nin qaytarılması üçün ƏDV köşkünə e-VHF-nı və alınan malı təqdim etməlidir.
99. ƏDV köşkü nədir?
Ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasının rəsmiləşdirilməsi məqsədilə xüsusi yaradılmış köşk. Köşklərin ünvanları və iş qrafikləri ticarət festivallarının rəsmi internet səhifəsində yerləşdirilir.
1010. Satış nöqtəsində e-VHF-nın tərtibi və çapı ilə nasazlıq yaranarsa nə etməli?
Satış nöqtəsində texniki nasazlıq yaranması səbəbindən elektron fakturanın tərtibi və çapı mümkün olmadıqda, satıcı tərəfindən mətbəədə çap edilmiş ciddi hesabat blankı olan VHF üç (3) nüsxədə tərtib edilir və təsdiqlənir. Onun bir nüsxəsi satıcıda qalır, digər iki nüsxəsi isə alıcıya verilir.
1111. Hansı ticarət obyektlərindəki alış-verişlərdə ƏDV qaytarılır?
ƏDV qaytarılması yalnız ticarət festivallarında iştirak üçün və ƏDV qaytarılması məqsədilə müvafiq vergi orqanlarında qeydiyyatdan keçmiş ticarət obyektlərindəki alış-verişlərə tətbiq edilir.
1212. Alıcı kimi bu obyektləri necə müəyyən edə bilərəm?
Həm ticarət festivallarında iştirak üçün, həm də ƏDV qaytarılması məqsədilə qeydiyyatdan keçən ticarət obyektlərinin siyahısı ticarət festivallarının rəsmi internet səhifəsində dərc ediləcək. Həmçinin qeydiyyatdan keçmiş ticarət obyektlərində tanıdıcı brendləşdirmə nişanları istifadə olunacaq.
1313. Mən ticarət festivalının iştirakçısı olan ticarət obyektində alış-veriş etdim. Lakin müəssisə sadələşmiş vergi ilə işləyir. Mən bu halda ƏDV-ni geri ala bilərəm?
Xeyr. Siz ƏDV ödəmədiyiniz üçün (yalnız sadə vergi ödəmisiniz), ƏDV-ni geri ala bilməzsiniz.
1414. ƏDV hansı formada alıcıya qaytarılır?
ƏDV alıcıya nağd ödəniş və ya bank kartına və ya hesabına köçürmə yolu ilə qaytarılır. Seçim alıcıya verilir.
1515. ƏDV-ni alış veriş tarixindən hansı müddət sonra geri ala bilərəm?
Alıcı ƏDV-ni geri almaq üçün alış tarixində müraciət etməlidir. Ödənilmiş ƏDV malların alındığı gün ərzində müvəkkil bank tərəfindən qaytarılır.
1616. Hansı banklarda ƏDV-ni geri ala bilərəm?
ƏDV-nin geri qaytarılması ticarət festivalları üçün təyin edilmiş müvəkkil bankların filial və şöbələrində həyata keçirilir. Həmin bankların siyahısı ticarət festivallarının rəsmi internet səhifəsində yerləşdirilir. Hal-hazırda “Bank Silk Vey” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, "Yapı Kredi Bank" ASC və "Azərbaycan Sənaye Bankı" ASC ticarət festivallarının müvəkkil banklarıdırlar.
1717. Ödənilmiş ƏDV-nin qaytarılması zamanı xidmət haqqı tutulurmu?
ƏDV qaytarma xidmətlərinə görə xidmət haqqı və müvəkkil bank xidmətlərinə görə komissiya haqqı tutulmaqla alıcıya ƏDV məbləğinin 67%-i (e-VHF-də göstərilən məbləğ) qaytarılır; bu da alış məbləğinin 10.2% təşkil edir.
1818. Alıcı ödənilmiş ƏDV-ni bank kartına və ya hesabna almaq istəyirsə nə etməli?
Alıcının istəyinə uyğun olaraq ƏDV-nin qaytarılması bank kartına (və ya hesabına) köçürmə qaydasında həyata keçirildiyi təqdirdə, alıcı vergi orqanı tərəfindən təsdiqlənmiş e-VHF-nin bir nüsxəsini ƏDV köşkündə bu məqsəd üçün yaradılmış xüsusi qutuya atır.
1919. Ödənilmiş ƏDV-nin qaytarılması xarici valyuta ilə olsa hansı məzənnə əsas götürüləcək?
ƏDV məbləği alıcının bank kartına (və ya hesabına) köçürülən zaman xarici valyuta ekvivalenti müəyyən edilərkən, müvəkkil bankın ƏDV-nin qaytarıldığı tarixə müəyyən etdiyi məzənnə əsas götürülür.
2020. Alınan malı geri qaytarmaq istəyirəm. Nə etməli?
Alıcı malı geri qaytardıqda, satıcı alıcıya təqdim etdiyi e-VHF-in hər 2 nüsxəsini geri alır və elektron məlumat bazasında həmin e-VHF-i ləğv edir. Alıcı ƏDV-ni geri aldıqdan sonra malı qaytararsa, satıcı alıcıya malın ƏDV-siz dəyərini qaytarır.
2121. ƏDV qaytarılması hansı qanunvericilik sənədləri ilə tənzimlənir?
Əcnəbi şəxslər üçün ƏDV-nin qaytarılması Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 165.3-cü maddəsi, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” və bu Qaydanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və ilə tənzimlənir. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 165.4-ci maddəsi, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” və bu Qaydanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin Fərmanı ilə tənzimlənir.

Partnyorlar və sponsorlar

11. “Baku Shopping Festival”-ın tərəfdaşları hansı imkanları əldə edəcək?
Bakı Ticarət Festivalının Təşkilat komitəsi özəl biznes sahiblərinə uzun perspektiv üçün nəzərdə tutulan layihəyə Partnyor və Sponsor qismində öz tövhəsini vermək imkanı verir. Bakı Ticarət Festivalına dəstək olmağın üstünlükləri aşağıdakılardır: • Azərbaycan tarixində ən böyük layihələrdən birinə dəstək olmaq • Festival ilə eksklüziv əlaqələrin bağlanması ilə brendin tanınmasını artırmaq imkanı • Festivalın Azərbaycan sərhədlərindən kənara çıxan geniş auditoriyasına öz brendini təqdim etmək imkanı • Partnyor şirkətlərin Elit klubuna üzvlük • Treninqlər, motivasiya və işçilərin saxlanılması baxımından personala müsbət təsir • Əməkdaşlığa maraqlı olan iri təşkilatlara əlaqə yaratma imkanı
22. “Baku Shopping Festival” ilə hansı şəkildə əməkdaşlıq etmək mümkündür?
Bakı Ticarət Festivalı özəl kapital sahiblərinə aşağıdakı paketlər üzrə hüquqlarla əməkdaşlıq etməyi təklif edir: - Bakı Ticarət Festivalının Premium Partnyoru - Bakı Ticarət Festivalının Partnyoru - Bakı Ticarət Festivalının Premium Sponsoru - Bakı Ticarət Festivalının Sponsoru
33. Bakı Ticarət Festivalının Premium Partnyoru hansı imkanları əldə edəcək?
Bu barədə daha ətraflı məlumat əldə etmək üçün info@bakushopfest.com maili ilə əlaqə saxlamağınız xahiş olunur.
44. Bakı Ticarət Festivalının Partnyoru hansı imkanları əldə edəcək?
Bu barədə daha ətraflı məlumat əldə etmək üçün info@bakushopfest.com maili ilə əlaqə saxlamağınız xahiş olunur.
55. Bakı Ticarət Festivalının Premium Sponsoru hansı imkanları əldə edəcək?
Bu barədə daha ətraflı məlumat əldə etmək üçün info@bakushopfest.com maili ilə əlaqə saxlamağınız xahiş olunur.
66. Bakı Ticarət Festivalının Sponsoru hansı imkanları əldə edəcək?
Bu barədə daha ətraflı məlumat əldə etmək üçün info@bakushopfest.com maili ilə əlaqə saxlamağınız xahiş olunur.
77. Partnyorlar və sponsorlar hansı tarixlərə qədər qeydiyyatdan keçməlidirlər?
Qeydiyyat tarixləri hər bir festivalın keçirilmə tarixləri elan edildikdən sonra ticarət festivalının təşkilatçısı tərəfindən təyin edilir. Qeydiyyat proseduru haqqında ətraflı məlumat BSF-in rəsmi internet səhifəsində yerləşdirilir.