“Festival Surprizləri” adlı Ani Lotereya

Şopinq Festivalından növbəti sürpriz!

noyabrdan 25 noyabradək Festival mağazalarından 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etdikdə siz “Festival Sürprizləri” adlı ani stilmullaşdırıcı lotereyanın iştirakçısı olursunuz. Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə vergi hesab-fakturanızı Bakı Şopinq Festivalının “Məlumat Masası”-na təqdim edin və dəyərli uduşları dərhal əldə etmə şansı qazanın! Hər 100 AZN-dən 500 AZN-dək alış-verişdə 1 bilet, 500 AZN və daha çox alış-verişdə isə 2 bilet əldə edə bilərsiniz. Bileti yerində pozun və bir-birindən dəyərli uduşlar qazanın! Hədiyyələr haqqında ətraflı məlumat əldə edin.

Ümumi anlayışlar:

Stimullaşdırıcı lotereya – malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereya formasıdır.

Ani lotereya – uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi formasıdır.

Uduş fondu – lotereyanın şərtlərinə uyğun lotereyada oynanılan və uduşlar şəklində verilməsi (ödənilməsi) nəzərdə tutulan pul vəsaitlərinin, digər əmlakın (əşyanın) və xidmətlərin (işlərin) məcmusudur (dəyəri).

Hədiyyələrlə tanış olun.

1. Lotereya təşkilatçısı haqqında məlumat

– Lotereyanın təşkilatçısı: “Azərbaycan Konqreslər Bürosu” MMC, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 65. VÖEN 1701539181. Tel: 012 488 67 15

– Lotereya 01.11.2017-ci il tarixdən 26.11.2017-cı il tarixinə qədər keçiriləcək. (Bundan sonra – lotereyanın keçirilmə müddəti)

– Lotereya haqqında elan, dəyişiklik və s. məlumatlar Bakı Ticarət Festivalının rəsmi səhifəsi olan bakushopfest.com internet səhifəsində və AzərTac informasiya agentliyinin azertag.az internet səhifəsində öncədən dərc ediləcəkdir.

2. Lotereya iştirakçıları haqqında məlumat

– İkinci Baku Ticarət Festivalı ərzində Festivalın iştirakçısı olan istənilən mağazadan birdəfəyə 100 AZN-dən daha çox alış-veriş edən hər kəs lotereya iştirakçısı ola bilər.

3. Lotereyanın əldə edilməsi qaydası

– Müştəri Ticarət Festivalı keçirilən yerdə alış-veriş etdiyi zaman ƏDV-nin geri qaytarılması üçün satıcı müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatları Vergilər Nazirliyinin müvafiq sisteminə daxil etdikdən sonra ona 2 nüsxədə imzalanmış, möhürlə təsdiq edilmiş e-VHF-nı təqdim edir.

 

– Müştəri əldə edilən malı e-VHF ilə birlikdə Ticarət Festivalı dövründə fəaliyyət göstərən ƏDV köşklərindən (TAX REFUND) birinə təqdim etməlidir. ƏDV köşkündə vergi orqanı əməkdaşı yoxlama apardıqdan sonra E-VHF-da xüsusi qeydlər etməklə onları möhürləyib, 1 nüsxəsini müştəriyə geri qaytarır.

– Müştəri möhürlənmiş E-VHF və şəxsiyyət vəsiqəsi ilə birgə (ƏDV köşkündən sonra və ya bankdan ƏDV məbləğinin bir hissəsini aldıqdan sonra) 01.11.2017-ci il tarixdən 26.11.2017-ci il tarixinədək Məlumat masasına yaxınlaşmalıdır. Məlumat masasında müştəriyə E-VHF-də göstərilən alış verişin həcmindən asılı olaraq 1 (bir) və ya 2 (iki) lotereya bileti təqdim ediləcək.

– Müştəri lotereya biletini almamışdan öncə öz şəxsiyyət vəsiqəsini, ƏDV köşkündə möhürlənmiş E-VHF-nın əslini, telefon nömrəsini, e-mail adressini təqdim edir.

4. Lotereya biletinin əlamətlərinin təsviri

– Lotereya biletinin üz səthində rəngli formatda olmaqla “Baku Ticarət Festivalı”-nın loqosu, lotereyanın adı qeyd olunacaqdır. Lotereya biletinin arxa tərəfində lotereya təşkilatçısının adı və ünvanı, lotereyanın keçirilmə forması, uduş fondunun oynanılması qaydası, uduşlu lotereya biletinin lotereyanın təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası, müddəti, seriya nömrəsi və ani Lotereya bölümü (POZ-QAZAN) göstəriləcəkdir.

– Uduş yalnız mövcud şərtlərə əsasən Lotereyanın iştirakçıları tərəfindən əldə oluna bilər.

– 80 000 lotereya bileti dövriyyyə buraxılacaq.

– Toplam 20 500 bilet uduşlu olacaq.

5. Uduş fondunun oynanılması - qalibin müəyyən edilməsi, uduşun alınma qaydası və şərtləri

– Uduş fondunun oynanılması – uduşu qazanmaq hüququ əldə edəcək Lotereya iştirakçısı və lotereyada uduş əldə etmiş iştirakçının (bundan sonra – Qalib) müəyyən edilməsi mövcud qaydalara uyğun olaraq aşağıda göstərilən təlimat nəzərə alınmaqla həyata keçirilir.

– İkinci Baku Ticarət Festivalı ərzində Festivalın iştirakçısı olan istənilən mağazadan birdəfəyə 100 AZN-dən daha çox alış-veriş edən hər kəs lotereya iştirakçısı ola bilər.

– Loteraya biletlərinin sayı alış-veriş məbləğinə görə aşağıdakı kimi təsnifləşdirilir:

– 100 – 500 AZN-ə qədər alış veriş – 1 lotereya bileti

– 500 AZN və daha çox alış veriş – 2 lotereya bileti

 

– Müştəri ƏDV köşkündə möhürlənmiş E-VHF-nın əsli və şəxsiyyət vəsiqəsi ilə birgə (ƏDV köşkündən sonra və ya bankdan ƏDV məbləğini aldıqdan sonra) 01.11.2017-ci il tarixdən 26.11.2017-ci il tarixinədək Məlumat masasına yaxınlaşmalıdır. Məlumat masasında E-VHF, şəxsiyyət vəsiqəsi, telefon nömrəsi və e-mail adress təqdim edildikdən sonra müştəriyə alış verişin həcmindən asılı olaraq müvafiq sayda lotereya bileti təqdim ediləcək.

– Lotereyanın üzərində “POZ-QAZAN” bölümü yerləşdirilmişdir. Müştəri həmin hissəni pozaraq ani uduş əldə etmə şansı qazanır. Uduş olmadığı halda pozulmuş boyanın altında “Bir daha cəhd edin!” sözləri yazılacaqdır.

– Uduşlar ya yerində, ya da uduşlu lotereya bileti qəbul edildikdən sonrakı 30 (otuz) iş günündən gec olmayaraq öncədən razılaşdırılmış məkan və vaxtda Qalibə təqdim edilir. Qalib uduşu alması ilə bağlı müvafiq sənədə imza atmalıdır.

– Lotereya biletləri Bakı Ticarət Festivalının məlumat masası əməkdaşına (bundan sonra “əməkdaş”) geri qaytarılmalıdır.

– Uduşu yerində təqdim etmək mümkün olmadıqda qalib olan şəxs uduşu almaq üçün uduşlu Uduş kuponunu (kupon tam, oxunaqlı, cırılmamış, pozulmamış olmalıdır) qalibin şəxsiyyətini təsdiq edən sənədin əslini və lotereyada iştirak etməsinə səbəb olan E-VHF-nın əslini təqdim etməyə borcludur.

– Qalib qeyd edilən sənədlərin hər hansı birini təqdim edə bilmirsə və uduş almaqla bağlı müvafiq sənədə imza atmırsa, uduş qalib olan Lotereya iştirakçısına verilə bilməz.

– “Azərbaycan Konqreslər Bürosu” Lotereya biletinin mülkiyyəti ilə bağlı hər hansı mübahisə olduğu halda, mübahisə ilə bağlı Azərbaycan Respublikası məhkəmələrinin və müvafiq hüquq-mühafizə orqanlarının yekun qərarlarına qədər uduşun verilməsindən imtina etmək hüququnu özündə saxlayır.

6. Məhdudiyyət

– Lotereya Təşkilatçısının məsuliyyəti uduşun hazırki qaydalarla müəyyən edilmiş dəyəri və sayı çərçivəsindən kənara çıxmır.

7. Məlumatın təqdim edilməsi

– İştirakçı Lotereyada iştirak etməklə öz Adının və Soyadının, Azərbaycan  Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan (o cümlədən üçüncü şəxslərə ötürülməsi vasitəsilə ) hər hansı üsullarla marketinq məqsədləri üçün istifadə edilməsinə öz razılığını təsdiq edir.

– İştirakçı göstərilən məlumatların, foto şəkillərinin, müsahibələrinin, digər materialların kütləvi informasiya vasitələrində, hər hansı çap, audio-video materiallarında pulsuz olaraq istifadə edilməsinə öz razılığını təsdiq edir.

8. Lotereyanın şərtləri barədə məlumatlandırma qaydası və üsulu

– Lotereyanın Şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat  www.bakushopfest.com  internet saytında dərc ediləcəkdir.

– Lotereyada iştirak etmək iştirakçının avtomatik şəkildə hazırki şərtlərlə tanışlığını və tam razılığını nəzərdə tutur.

– Lotereyanın qaydaları barədə məlumatlandırma Lotereya barədə elan verilməsi və yayımlanan reklam materiallarında Lotereya barədə qısaldımış məlumatın yerləşdirilməsi vasitəsi ilə həyata keçirilir.

– Əlavə məlumat üçün Lotereyanın keçirildiyi müddət ərzində 1547 telefon  nömrələrinə zəng edə və ya info@bakushopfest.com elektron poçt ünvanına müraciət etmək olar.

Tez-tez verilən suallar

“Festival Surprizləri” adlı Ani Stimullaşdırıcı lotereya nədir?

“Festival Surprizləri” adlı Ani Stimullaşdırıcı lotereya (bundan sonra “Lotereya”) Bakı Ticarət Festivalı dövründə Festival iştirakçısı olan mağazalarda 100 AZN-dən daha çox alış-veriş etmiş müştəriyə müxtəlif hədiyyələr udmaq şansını tanıyan lotereya oyunudur.

Lotereya nə zaman keçirilir?

Festival Surprizləri adlı Ani Stimullaşdırıcı lotereya II Bakı Ticarət Festivalı dövründə, 01 noyabr 2017-ci il tarixdən 25 noyabr 2017-ci il tarixinədək keçiriləcəkdir.

01 noyabr tarixinə qədər alış-veriş etmiş şəxslər Lotereyada iştirak edə bilərlər?

15 oktyabrdan etibarən Bakı Ticarət Festivalı çərçivəsində alış-veriş etmiş və ƏDV-nin bir qismini geri almış şəxslər e-VHF-nın onlarda qalan nüsxəsini atmamalıdırlar. Həmin e-VHF ilə 01 noyabr tarixindən etibarən lotereyada iştirak etmək olar.

Lotereya biletini haradan əldə etmək olar?

Bakı Ticarət Festivalının iştirakçısı olan mağazada 100 AZN-dən daha çox alış-veriş edən şəxs satıcıdan aldığı elektron vergi hesab-fakturanı ƏDV köşkünə möhürlətdikdən sonra Məlumat masalarına təqdim edir. Məlumat masalarında müştəriyə alış-verişin həcminə uyğun olaraq müxtəlif sayda lotereya bileti təqdim ediləcək.

Lotereyada uduş necə oynanılır?

Lotereya ani lotereya olduğundan Məlumat masasında əldə edilən lotereya biletinin arxasındakı POZ-QAZAN bölməsini pozmaqla yerində hədiyyə qazana bilərsiniz.

Alış-veriş məbləğinə uyğun lotereya biletlərinin sayı necə müəyyən edilir?

Alıcının Bakı Ticarət Festivalının iştirakçısı olan mağazada alış-veriş məbləği 100 AZN-dən 500 AZN-ə qədərdirsə, ona 1 lotereya bileti veriləcək. Əgər alış-veriş məbləği 500 AZN-dən daha çoxdursa, alıcıya 2 lotereya bileti veriləcək.

Elektron vergi-hesab fakturanı ƏDV köşkündə möhürlətdikdən sonra neçə gün ərzində Məlumat köşklərinə yaxınlaşmaq olar?

Elektron vergi-hesab fakturanı ƏDV köşkündə möhürlətdikdən sonra 01 noyabrdan 25 noyabra qədər Məlumat köşkünə yaxınlaşıb lotereyada iştirak etmək olar.

Qaliblər uduşları nə vaxt və haradan əldə edə bilər?

Ani lotereyada uduşlu lotereya biletinin lotereya təşkilatçısı tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı 15.10.2017-ci il tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı 25.11.2017-ci il tarixdən 90 (doxsan) iş günü ərzində davam etdiriləcəkdir. Uduşlar ya yerində, ya da uduşlu lotereya bileti qəbul edildikdən sonrakı 30 (otuz) iş günündən gec olmayaraq öncədən razılaşdırılmış məkan və vaxtda Qalibə təqdim edilir.

Qalib olmuş şəxs uduşu almaq üçün hansı sənədləri təqdim etməlidir?

Uduşlu Lotereyanın qalibi uduşu almaq üçün uduşlu kuponu ( kupon tam, oxunaqlı, cırılmamış, pozulmamış olmalıdır) qalibin şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməyə borcludur.

Lotereya haqda məlumat hardan əldə etmək olar?

Lotereya haqqında məlumatı bakushopfest.com internet səhifəsindən, 1547 çağırı mərkəzindən və Bakı Ticarət Festivalının məlumat masalarından əldə etmək olar.

“Festival Sürprizləri” adlı ani stimullaşdırıcı lotereya Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 31.10.2017-ci il tarixli 1721002583 saylı sənədlə qeydə alınmışdır.