Tez-tez verilən suallar

“Festival Surprizləri” adlı Ani Stimullaşdırıcı lotereya nədir?

“Festival Surprizləri” adlı Ani Stimullaşdırıcı lotereya (bundan sonra “Lotereya”) Bakı Ticarət Festivalı dövründə Festival iştirakçısı olan mağazalarda 100 AZN-dən daha çox alış-veriş etmiş müştəriyə müxtəlif hədiyyələr udmaq şansını tanıyan lotereya oyunudur.

Lotereya nə zaman keçirilir?

Festival Surprizləri adlı Ani Stimullaşdırıcı lotereya II Bakı Ticarət Festivalı dövründə, 01 noyabr 2017-ci il tarixdən 25 noyabr 2017-ci il tarixinədək keçiriləcəkdir.

01 noyabr tarixinə qədər alış-veriş etmiş şəxslər Lotereyada iştirak edə bilərlər?

15 oktyabrdan etibarən Bakı Ticarət Festivalı çərçivəsində alış-veriş etmiş və ƏDV-nin bir qismini geri almış şəxslər e-VHF-nın onlarda qalan nüsxəsini atmamalıdırlar. Həmin e-VHF ilə 01 noyabr tarixindən etibarən lotereyada iştirak etmək olar.

Lotereya biletini haradan əldə etmək olar?

Bakı Ticarət Festivalının iştirakçısı olan mağazada 100 AZN-dən daha çox alış-veriş edən şəxs satıcıdan aldığı elektron vergi hesab-fakturanı ƏDV köşkünə möhürlətdikdən sonra Məlumat masalarına təqdim edir. Məlumat masalarında müştəriyə alış-verişin həcminə uyğun olaraq müxtəlif sayda lotereya bileti təqdim ediləcək.

Lotereyada uduş necə oynanılır?

Lotereya ani lotereya olduğundan Məlumat masasında əldə edilən lotereya biletinin arxasındakı POZ-QAZAN bölməsini pozmaqla yerində hədiyyə qazana bilərsiniz.

Alış-veriş məbləğinə uyğun lotereya biletlərinin sayı necə müəyyən edilir?

Alıcının Bakı Ticarət Festivalının iştirakçısı olan mağazada alış-veriş məbləği 100 AZN-dən 500 AZN-ə qədərdirsə, ona 1 lotereya bileti veriləcək. Əgər alış-veriş məbləği 500 AZN və daha çoxdursa, alıcıya 2 lotereya bileti veriləcək.

Elektron vergi-hesab fakturanı ƏDV köşkündə möhürlətdikdən sonra neçə gün ərzində Məlumat köşklərinə yaxınlaşmaq olar?

Elektron vergi-hesab fakturanı ƏDV köşkündə möhürlətdikdən sonra 01 noyabrdan 25 noyabra qədər Məlumat köşkünə yaxınlaşıb lotereyada iştirak etmək olar.

Qaliblər uduşları nə vaxt və haradan əldə edə bilər?

Ani lotereyada uduşlu lotereya biletinin lotereya təşkilatçısı tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı 15.10.2017-ci il tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı 25.11.2017-ci il tarixdən 90 (doxsan) iş günü ərzində davam etdiriləcəkdir. Uduşlar ya yerində, ya da uduşlu lotereya bileti qəbul edildikdən sonrakı 30 (otuz) iş günündən gec olmayaraq öncədən razılaşdırılmış məkan və vaxtda Qalibə təqdim edilir.

Qalib olmuş şəxs uduşu almaq üçün hansı sənədləri təqdim etməlidir?

Uduşlu Lotereyanın qalibi uduşu almaq üçün uduşlu kuponu ( kupon tam, oxunaqlı, cırılmamış, pozulmamış olmalıdır) qalibin şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməyə borcludur.

Lotereya haqda məlumat hardan əldə etmək olar?

Lotereya haqqında məlumatı bakushopfest.com internet səhifəsindən, 1547 çağırı mərkəzindən və Bakı Ticarət Festivalının məlumat masalarından əldə etmək olar.