Azərbaycanın Görməli Yerləri

Photo 1 lower (17)

İçərişəhər

Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. İçərişəhər xalq arasında həm də Qala və ya sadəcə Qədim şəhər kimi tanınır, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. Burada 1300-dən çox ailə yaşayır, 4-ü dünya, 28-i yerli əhəmiyyətli olmaqla bir sıra tarixi-memarlıq abidələri yerləşir, muzeylər, səfirliklər, otellər, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar saray kompleksini Azərbaycan memarlığının inciləri hesab edirlər. Bu unikal tikililər və turizm potensialının geniş spektri İçərişəhəri turistlər üçün maraqlı məkanlardan birinə çevirir. Qədim şəhərdə siz orta əsrlər dövrünə səyahət edəcək, o dövrün ruhunu duyacaq və müsbət enerji əldə edəcəksiniz. İçərişəhər mülayim iqlimli subtropik qurşaqda yerləşir. Burada qış mülayim, yay quru və isti, yaz və payız mülayim isti keçir, yağışlar payızın sonu, yazın əvvəlində yağır.
Daha Ətraflı
Photo 1 lower (13)

Qız qalası

Bakının qədim rəmzi sayılan Qız qalasının hündürlüyü 28 metr, diametri birinci mərtəbədə 16,5 metrdir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilib, günbəz fоrmalı tavanla örtülüb. Аbidənin quruluşunа əsаslаnаrаq onun tаrixini qədim dövrlərə çəkib аpаrаn tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt dахmаsı, аtəşpərəstlik məbədi, Mitrа və Аnаhitа ilаhələri ilə əlаqədаr tikili оlduğunu söyləyirlər. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb, 2000-ci ildə isə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.
Azərbaycanın emblemlərindən biri olan Qız qalası milli pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilib. Son illərdə Qız qalasında və onun ətrafındakı meydanda hər il Novruz bayramı şənlikləri keçirilir.
Photo 1 lower (26)

Dənizkənarı Milli Park

Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən Dənizkənarı Milli Park 1909-cu ildə yaradılıb, 29 dekabr 1998-ci ildən milli park statusu daşıyır. Ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Bakı bulvarı genişləndirildikdən sonra onun ərazisi 16 km-ə çatıb. Şəhər sakinləri və qonaqlar Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayaraq, Dövlət Bayraq Meydanı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunda yerləşən Su İdmanı Arenasına qədər olan ərazidə istirahət edə bilərlər. Bulvar ərazisində bir sıra muzeylər, mədəniyyət obyektləri, ticarət və əyləncə mərkəzləri fəaliyyət göstərir. Müasir attraksion-panoram (karusel) isə Bakı buxtasının gözəlliyini görməyə imkan verir.
Photo 1 lower (24)

Şirvanşahlar saray kompleksi

İçərişəhərdə ortа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı – Şirvаnşаhlаr Saray Kompleksi Bakının əsas görməli tarixi memarlıq məkanlarından biridir. XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахt Bаkıyа köçürülüb və şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılıb.
Sаrаyın аnsаmblı 9 tikilidən – Sаrаy binаsındаn, Divаnхаnаdаn, Dərviş türbəsindən, Şərq dаrvаzаsındаn (pоrtаl), sаrаy məscidindən, Kеy-Qubаd məscidindən, sаrаy türbəsindən, hаmаm və оvdаndаn ibаrətdir. Kоmplеks binаlаrının biri digərindən 5,6 mеtr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Kоmplеksin bütün tikintiləri əhəng dаşı оlаn yеrli bədаmdаm dаşındаn inşа оlunub. Bu unikal kompleks 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.
Photo 1 lower (29)

“Atəşgah” məbədi

XVII-XVIII əsrlərdə əsrlərdə atəşpərəst hindli tacirlər – parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş məbəddir. Məbədin ilk tikililəri II-III əsrə aiddir. Təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. “Atəşgah” məbədinə həmişə böyük maraq göstərilib, bura hər il müxtəlif dinlərin nümayəndələri olan yüzlərlə turist gəlir. Vaxtilə Aleksandr Düma, Kenfr, Villot, Berezin, Dmirtiy Mendeleyev kimi görkəmli insanlar buranı ziyarət ediblər. “Atəşgah” 1998-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Sahəsi 1368 kvadrat metr olan Dövlət Tarix-Memarlıq Qoruğu 1972-ci ildən muzey kimi fəaliyyət göstərir. “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli də məhz “Atəşgah” məbədində yandırılıb.
Photo 1 lower (6)

Heydər Əliyev Mərkəzi

Bakının müasir rəmzlərindən biri sayılan Heydər Əliyev Mərkəzi özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır, layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənib. Kompleksin layihəsində demək olar ki, düz xəttlərdən istifadə edilməyib. Bina özü dalğavari quruluşa malik olmaqla yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Binanın xətləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılıb.
2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə “Design Museum” təşkilatı Zaha Hadidə “İlin dizaynı 2014” mükafatını verib.
Daha Ətraflı
Photo 1 lower (10)

Azərbaycan Xalça Muzeyi

1967-ci ildə əsası qoyulmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzeydir. Muzeyin birinci ekspozisiyası 1972-ci ildə İçərişəhərdə yerləşən Cümə məscidində açılıb. Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına 14 minə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. 2014-cü ildə Xalça muzeyinin dördmərtəbəli yeni binası fəaliyyətə başlayıb. Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.
Daha Ətraflı
Photo 1 lower (18)

Qobustan Dövlət Tarixi-bədii Qoruğu

Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km aralıda yerləşir. Burada həmçinin muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit dövrünə aid abidələr sərgilənir, ərazidə bir sıra mağaralar, bulaqlar və s. var. 1000-ə qədər qayada çəkilən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır. 2007-ci ildə Qobustan UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib, divarlarında həkk olunan saysız heyvan rəsmləri və adətlərin görüntüləri “təkrarolunmaz tarixi dəyər” kimi qeyd olunub.
Daha Ətraflı
Photo 1 lower (2)

Fəvvarələr meydanı

Bakının ilk mərkəzi meydanlarından biri olan Fəvvarələr meydanının adı bu ərazidə Sovet hakimiyyəti dövründə tikilən müxtəlif fəvvarələrin yerləşməsi ilə bağlıdır. Meydan Səbail rayonunun ərazisində, Nigar Rəfibəyli küçəsinin Əhməd Cavad küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Bura XIX-XX əsrə aid memarlıq abidələri – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Araz” kinoteatrının binası, İSR Plaza oteli, Müqəddəs Qriqori kilsəsi və digər tikililər ilə əhatə olunub. Bakı bulvarına paralel yerləşən və “Torqovaya” kimi tanınan Fəvvarələr meydanı müxtəlif bayram və festivalların keçirildiyi məkan kimi məşhurdur. 2010-cu ildə meydanda yenidənqurma və bərpa işləri aparılıb, orijinal görkəm saxlanılmaqla, ümumi ansambla özəl elementlər və formalar əlavə edilib. Meydanı əhatə edən hər üç küçə nəqliyyat vasitələri üçün bağlıdır.
Photo 1 lower (28)

Dağüstü park

Bakının mərkəzində yerləşən Dağüstü park paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır. Buranı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka füsunkar mənzərə açılır. Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi, eləcə də 1990-cı il 20 Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.