Sizi Bakı Şopinq Festivalına dəvət edirik!

Bakı Şopinq Festivalı – turistlər, eləcə də Azərbaycan vətəndaşları üçün məhsul və xidmətləri endirimlərlə, Tax Free sistemi üzrə ən sərfəli qiymətlərə əldə etmək, həmçinin dünyanın ən gözəl şəhərlərindən biri olan, öz  cazibəsi, gözəgəlimli memarlığı, dadlı mətbəxi və sakinlərinin istiqanlı qəlbi ilə məşhur olan Bakını görmək imkanıdır!

Oktyabrın 15-dən noyabrın 15-dək keçirilən Bakı Şopinq Festivalı təklif edir:

     — 400-dən çox mağazada malları endirimlər və Tax Free sistemi ilə almaq

     — Müxtəlif çeşidli satışlar 

     — Turpaketlərə ən sərfəli qiymətlər

     — Ani lotereyalarda iştirak 

Festivala turpaket sifariş etməyə tələsin!