Bakı Şopinq Festivalı nədir?

Bakı Şopinq Festivalı turistlərə və  Azərbaycan vətəndaşlarına unikal şopinq həyəcanı, ƏDV-siz alış-veriş, endirimlərdən yararlanmaq, müxtəlif loyallıq və uduşlu təşviq kampaniyalarında iştirak etmək imkanı yaradır.  Sahibkarlar isə Festivalın yaratdığı ƏDV-nin qaytarılması, təşviqat və əlavə stimullaşdırıcı tədbirlər sayəsində Festival dövründə öz satış dövriyyəsini artırırlar.  

15 oktyabr – 15 noyabr 2017-ci il tarixlərində təşkil ediləcək növbəti Bakı Şopinq Festivalı aşağıdakı yeni imkanları vəd edir:

      – Festivalda  400-dən çox iştirakçı mağaza;
      – Rəngarəng satış və endirim kampaniyaları;
      – Turist axını məqsədilə turizm agentliklərinə xüsusi təkliflər;
      – Şopinqi daha da cəlbedici etmək üçün Ani Stimullaşdırcı Lotereyalar.  

Turizm agentlikləri üçün  Xüsusi Təkliflər:

Festival dövründə Bakıya daha çox turist gəlişi, şopinq və istirahət məkanlarında imkanların genişləndirilməsi üçün xüsusi turizm təklifləri hazırlanacaq. Həmin təklifələrə aşağıdakılar daxil olacaq:

      – Aviabilet, transfer, sığorta;
      – Minimum 3 gecə oteldə  qonaqlama;
      – Festival iştirakçısı olan mağazalara şopinq turlarının təşkili;
      – Festival iştirakçısı olan mağazalarda endirim təqdim edən Hədiyyə Kartları;
      – “Fərdi alış-veriş məsləhətçisi” (personal shopper) xidməti:
      – Ani Stimullaşdırıcı Lotereyada iştirak.

Hədiyyə Kartları

Bakı Şopinq Festivalları zamanı turistlər üçün 50 AZN, 100 AZN, 200 AZN və 500 AZN dəyərində Hədiyyə Kartlarının dövriyyəyə buraxılması nəzərdə tutulur. Turistlər hədiyyə kartlarını turizm şirkətlərindən və Azərbaycan Konqreslər Bürosundan əldə edə biləcəklər.

Hədiyyə kartlarının turistlər üçün üstünlüyü:

      – 10%-20% endirim əldə edir;
      – Ticarət turlarında ödənişsiz iştirak edir;
      – Alış-veriş zamanı vaxta qənaət edir;
      – Dələduzluq hallarından sığortalanır.  

Hədiyyə kartlarının turizm şirkətləri üçün üstünlüyü:

      – Tur paketləri cəlbedici etməklə satışı stimullaşdırır;
      – Hər nominal hədiyyə kartının 2.5%-i komissiya şəklində turizm şirkətinə ödənilir.

“Festival Surprizləri” Ani Stimullaşdırıcı Lotereyası

Poz-qazan formatında hazırlanmış Ani Stimullaşdırıcı Lotereyalar zamanı  müştəri digər iştirakçıları gözləmədən  qazanmaq şansı əldə edir. Festival dövründə  Bakı Şopinq Festivalı iştirakçısı olan istənilən mağazadan bir dəfəyə 100 AZN və daha çox alış-veriş edən hər bir kəs lotereya iştirakçısı ola bilər.

      – 105 000 bilet dövriyyəyə buraxılacaq;
      – 8 000 bilet uduşlu olacaq;
      – Lotereya biletlərinin sayı alış-veriş məbləğinə görə aşağıdakı kimi təsnifləşdirilir:
      – 100 – 500 AZN-lik alış-veriş edənlər üçün 1 bilet;
      – 500 AZN və daha çox alış veriş  edənlər üçün isə 2 bilet.