Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər giriş və tranzit olmaqla 2 növdə vizadan istifadə edirlər. Viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında və ya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə aparılır. Vizaların verilməsi Azərbaycanın Bakı, Gəncə və Naxçıvan Muxtar Respublikasındakı Beynəlxalq Hava Limanlarının viza şöbələrində də həyata keçirilir. Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

• 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
• 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);
• Dövlət rüsumunun ödənilməsi haqqında qəbz;

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bunun üçün həmin şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında müvafiq keçiddən (http://mfa.gov.az/en/content/749) istifadə edə bilərlər.